Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Yəhya 1:1—10

1  O əzəldən var idi, biz onu eşitmişik, gözlərimizlə görmüşük, ona diqqətlə baxmışıq və əllərimizlə toxunmuşuq. O, həyat kəlamıdır.  Bəli, həyat açıq-aşkar zühur etdi, biz Atanın yanında olan və bizə açıq-aşkar göstərilən əbədi həyatı gördük. Biz onun haqqında şəhadət edir və sizə ondan danışırıq.  Görüb-eşitdiyimiz şeyləri sizə çatdırırıq ki, siz də bizimlə vəhdətdə olasınız. Biz özümüz də Ata və Onun Oğlu İsa Məsihlə vəhdətdəyik.  Bütün bunları sevincimiz tam olsun deyə yazırıq.  Ondan eşidib sizə bildirdiyimiz xəbər budur: Allah nurdur və Onda zərrə qədər də qaranlıq yoxdur.  Əgər biz: «Onunla vəhdətdəyik», — deyib qaranlıqda yeriyiriksə, onda yalan danışır və həqiqət yolunda yerimirik.  O, nurda olduğu kimi, biz də nurda yeriyiriksə, deməli, bir-birimizlə vəhdətdəyik və Onun Oğlu İsanın qanı bizi bütün günahlardan təmizləyir.  Əgər: «Bizdə günah yoxdur», — deyiriksə, onda biz özümüzü aldadırıq və qəlbimizdə həqiqət yoxdur.  Əgər günahlarımızı etiraf ediriksə, O, sədaqətli və saleh olduğundan günahlarımızı bağışlayacaq və bizi hər cür əyrilikdən təmizləyəcək. 10  Əgər: «Günahsızıq», — deyiriksə, Onu yalançı edirik və Onun sözü qəlbimizdə yoxdur.

Haşiyələr