Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Timoteyə 6:1—21

6  Qoy boyunduruq altında olan bütün qullar sahiblərini böyük hörmətə layiq bilsinlər ki, Allahın adı və təlimi bədnam edilməsin.  Ağası imanda olan qullar isə o, qardaşdır deyə, ona etinasız yanaşmasınlar. Əksinə, qoy onlar daha da canla-başla xidmət etsinlər, axı onların yaxşı xidmətindən yararlananlar elə öz əziz həmimanlılarıdır. Bundan sonra da dediklərimi öyrət və öyüd-nəsihət ver.  Əgər kimsə başqa bir təlimi yayırsa və Ağamız İsa Məsihdən gələn sağlam sözlərə və Allaha sədaqətə əsaslanan təlimlə razılaşmırsa,  deməli, o qürrələnib, heç nəyi dərk etmir, mübahisə etmək və sözgüləşdirmək xəstəliyinə tutulub. Bütün bunların axırı paxıllıq, münaqişə, təhqiramiz danışıq, bədgümanlıqdır.  Bunlar pozğun zehinli və həqiqətdən məhrum adamların boş şey üstündə şiddətli mübahisələrinə gətirib çıxarır. Onlar Allaha sədaqəti qazanc mənbəyi hesab edirlər.  Sözsüz, nəyi varsa, onunla qane olmağı bacaran insan üçün Allaha sədaqət, doğrudan da, böyük qazanc mənbəyidir.  Axı biz bu dünyaya heç nə gətirməmişik, özümüzlə də heç nə aparmayacağıq.  Buna görə də yeməyimiz, paltarımız və qalmağa yerimiz varsa, bunlarla qane olacağıq.  Ancaq varlanmaq istəyənlər şirniklənib tələyə düşürlər, insanı fəlakətə və məhvə aparan bir çox mənasız və zərərli xəyallara qapılırlar. 10  Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Bəziləri bu sevdaya düşərək iman yolundan çıxmış, özlərini sanki qılıncla yaralayaraq çoxlu əzab çəkmişlər. 11  Sən isə, ey Allah bəndəsi, belə şeylərdən qaç. Salehliyə, Allaha sədaqətə, imana, məhəbbətə, mətinliyə və həlimliyə can at. 12  İman uğrunda apardığımız şanlı mübarizədə şücaətlə döyüş və əbədi həyatdan bərk yapış. Sən əbədi həyata dəvət aldın və ona inandığını gözəl bir şəkildə bir çoxlarının qarşısında bəyan etdin. 13  Ponti Pilatın qarşısında gözəl şəhadət vermiş Məsih İsanın və hər şeyə həyat verən Allahın önündə sənə əmr edirəm: 14  Ağamız İsa Məsihin zühurunadək bu əmrə riayət edib qüsursuz və ləkəsiz yaşa. 15  Mübarək və vahid Hökmdarımız təyin olunmuş vaxtda zühur edəcək. O, padşahlar Padşahı və ağalar Ağasıdır, 16  ölməzliyə yeganə malik olan, əlçatmaz nurda yaşayan, insanlardan heç kəsin görmədiyi və görə bilmədiyi şəxsdir. Qoy o, əbədiyyən şöhrət və əzəmət sahibi olsun! Amin. 17  Bu zəmanədə varlı olanlara əmr et ki, özlərindən razı olmasınlar və ümidlərini gəldi-gedər var-dövlətə yox, həyatdan həzz almağımız üçün bizi hər şeylə bol-bol təmin edən Allaha bağlasınlar. 18  Yaxşılıq etsinlər, xeyirli işlərlə zəngin olsunlar, səxavətli və əl tutmağa hazır olsunlar, 19  özləri üçün salamat qalacaq xəzinə yığsınlar, yəni əsil həyatdan bərk-bərk yapışmaqdan ötrü gələcək üçün möhkəm təməl qoysunlar. 20  Ey Timotey, sənə verilmiş əmanəti qoru, müqəddəs şeyləri murdarlayan boş söhbətlərdən və həqiqətə zidd fikirlər doğuran yalançı bilikdən uzaq dur. 21  Bəziləri bu «biliyi» nümayiş etdirərək imandan döndülər. Qoy Allahın lütfü sizə yar olsun.

Haşiyələr