Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Timoteyə 5:1—25

5  Yaşlı kişiləri sərtliklə məzəmmət etmə, onlara atana yalvardığın kimi yalvar, cavanlarla qardaşın kimi,  ağbirçəklərlə anan kimi, gənc qadınlarla bacın kimi təmiz niyyətlə davran.  Köməyə ehtiyacı olan dul qadınlara hörmət bəslə.  Əgər hər hansı bir dul qadının uşaqları, yaxud nəvələri varsa, qoy onlar əvvəlcə evdə Allaha sədaqət göstərməyi öyrənsinlər, valideynlərinə və nənə-babalarına qarşı övladlıq borcunu yerinə yetirsinlər, çünki bu, Allaha xoşdur.  Həqiqətən də dul qalmış yoxsul qadın ümidini Allaha bağlayır və dua edib gecə-gündüz Ona yalvarır.  Ancaq cismani istəklərinin dalınca düşən dul qadın sağ olsa da, əslində ölüdür.  Buna görə də onlardan tələb et ki, qüsursuz olsunlar.  Əgər kimsə öz yaxınlarının, ələlxüsus da ailəsinin qeydinə qalmırsa, o, imanı inkar edib və imansızdan da betərdir.  Siyahıya yaşı altmışı haqlamış, ərinə sadiq olmuş*, 10  xeyirxah işləri ilə tanınan dul qadınlar alınsın. Uşaqlarına yaxşı tərbiyə vermiş, qonaqpərvər olmuş, müqəddəslərin ayağını yumuş, çətinlik çəkənlərə kömək əlini uzatmış, hər cür yaxşı işlə məşğul olmuş dul qadınları siyahıya al. 11  Cavan dul qadınları isə siyahıya alma, çünki cinsi istəkləri Məsihlə onların arasında duranda onlar ərə getmək istəyir 12  və imanla verdikləri ilk vədi pozduqlarına görə məhkum edilirlər. 13  Üstəlik, onlar qapı-qapı gəzib tənbəlliyə alışırlar. Tənbəl olmaları bir yana, hələ bir dedi-qodu ilə məşğul olur və artıq-əskik danışaraq camaatın işinə qarışırlar. 14  Buna görə də cavan dul qadınların ərə getməyini, uşaq doğmasını, ev işləri ilə məşğul olmasını istəyirəm. Belə olduqda əleyhdarlar bizi pisləməyə bəhanə tapmazlar. 15  Onsuz da bəziləri yolunu azıb Şeytanın dalınca gediblər. 16  Əgər imanlı bir qadının ailə üzvləri arasında dul qadınlar varsa, qoy onlara kömək etsin ki, yığıncağın üzərinə yük düşməsin. Onda yığıncaq həqiqətən də kimsəsiz dul qadınlara kömək edə bilər. 17  Yığıncağı yaxşı idarə edən ağsaqqallar, xüsusən də, Allahın sözünü canla-başla danışan və öyrədən ağsaqqallar ikiqat hörmətə layiq görülməlidirlər. 18  Axı Müqəddəs Yazılarda deyilir: «Xırmanda dən döyən öküzün ağzını bağlama», həmçinin belə yazılıb: «Zəhmətkeş haqqını almağa layiqdir». 19  Ağsaqqala qarşı ittihamı iki və ya üç şahidin şəhadəti olmasa, qəbul etmə. 20  Günah işləyənləri hamının qarşısında tənbeh et ki, digərlərinin də gözü qorxsun. 21  Allahın, Məsih İsanın və seçilmiş mələklərin qarşısında sənə tapşırıram: bu göstərişlərə cidd-cəhdlə əməl et, qərar verməzdən əvvəl hər şeyi diqqətlə yoxla və heç vaxt qərəzlə iş görmə. 22  Heç kəsin üzərinə tələm-tələsik əl qoyma, başqalarının günahlarına əlbir olma, paklığını qoru. 23  Mədəndəki ağrılara və tez-tez naxoşladığına görə daha su içmə, arabir şərab iç. 24  Bəzi adamların günahları göz qabağındadır və onları birbaşa hökmə düçar edir, digərlərinin günahları isə sonradan üzə çıxacaq. 25  Eynilə yaxşı işlər də göz qabağındadır, görünməyənlər isə çox gizli qalmayacaq.

Haşiyələr

Hərfən «bir kişinin arvadı olmuş»