Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Timoteyə 4:1—16

4  Müqəddəs ruh vasitəsilə aydın deyilir ki, gələcəkdə bəziləri pis ruhların ilhamlandırdığı kəlmələrə və cinlərin təlimlərinə uyub imandan dönəcək,  vicdanlarına sanki dağ basılmış yalançıların riyakarlığının təsiri altına düşüb yoldan çıxacaqlar.  Bu ikiüzlülər evlənməyi qadağan edir və Allahın yaratdığı nemətləri yeməyi yasaq edirlər. Hərçənd Allah bu nemətləri yaradıb ki, imanı və həqiqət haqqında dəqiq biliyi olan adamlar onları şükranla yesinlər.  Allahın yaratdığı hər şey gözəldir və şükranla yeyilirsə, rədd edilməməlidir,  çünki dua ilə və Allahın sözü ilə paklanır.  Qardaşlara bu məsləhətləri verməklə sən Məsih İsanın nümunəvi bir xidmətçisi olduğunu, imanın və riayət etdiyin mükəmməl təlimin sözləri ilə bəsləndiyini göstərəcəksən.  Müqəddəs şeyləri murdarlayan mənasız*, uydurma rəvayətləri isə rədd et və Allaha sədaqətli qalmaq üçün var gücünlə çalış*.  Axı fiziki məşqin faydası bir o qədər də çox deyil, Allaha sədaqət isə hər şey üçün faydalıdır, çünki həm indiki, həm də gələcək həyatımız ondan asılıdır.  Bu sözlər doğrudur və tam etimada layiqdir. 10  Biz bundan ötrü zəhmət çəkir və var gücümüzlə çalışırıq, çünki ümidimizi hər cür insanın, ələlxüsus da sadiq adamların Xilaskarı — var olan Allaha bağlamışıq. 11  Bunları daima tələb et və öyrət. 12  Qoy gənc olduğuna görə heç kəs sənə saymazyana yanaşmasın. Danışıqda, rəftarda, məhəbbətdə, imanda və paklıqda sadiqlərə nümunə ol. 13  Mən gələnədək özünü Müqəddəs Yazıları camaat qarşısında oxumaq, öyüd-nəsihət və təlim vermək işinə həsr et. 14  Ağsaqqallar şurası sənin üzərinə əllərini qoyanda peyğəmbərlik vasitəsilə aldığın ənama laqeyd yanaşma. 15  Bütün bunlar barəsində dərindən düşün və özünü bunlara tamamilə həsr et ki, hamı səndəki inkişafı aydın görsün. 16  Özünə və verdiyin təlimə həmişə diqqət yetir. Bunlardan bərk-bərk yapış, çünki bu yolla həm özünü, həm də sənə qulaq asanları xilas edəcəksən.

Haşiyələr

Hərfən «qoca qarıların danışdığı nağılları»
Hərfən «məşq et»