Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Timoteyə 3:1—16

3  Doğru deyirlər ki, nəzarətçi vəzifəsinə can atan adam yaxşı iş görür.   Elə isə nəzarətçi qüsursuz, tək bir qadınla evli, hər şeydə həddini bilən, sağlam düşüncəli, nizam-intizamı sevən, qonaqpərvər, təlim verməkdə səriştəli,  ağıllı-kamallı olmalıdır. O, sərxoşluq etməməli, başqalarına əl qaldırmamalı, davakar və pulpərəst olmamalıdır.  Ailəsini yaxşı idarə etməli, uşaqları itaətkar və tərbiyəli olmalıdır  (axı insan öz ailəsini idarə edə bilmirsə, Allahın yığıncağının qayğısına necə qalacaq?).  O, həmçinin imana təzə gələnlərdən olmamalıdır ki, qürrələnib İblisə çıxarılmış hökmə düçar olmasın.  Bundan əlavə, kənar adamlar da onun haqqında yaxşı fikirdə olmalıdırlar ki, o, bədnam olub İblisin tələsinə düşməsin.  Xidməti köməkçilər də eynən ciddi olmalıdırlar. Onlar ikiüzlü, şərab düşkünü, haqsız qazanc hərisi olmamalı,  təmiz vicdanla imanın müqəddəs sirrini qorumalıdırlar. 10  Qoy əvvəlcə onların yararlı olub-olmadığı sınanılsın. Əgər qüsursuzdurlarsa, qoy xidmət etsinlər. 11  Qadınlar da həmçinin böhtançı olmamalı, əksinə, ciddi olmalı, hər şeydə hədd bilməli, hər sahədə sədaqətli olmalıdırlar. 12  Xidməti köməkçi tək bir qadınla evli olmalıdır. O, uşaqlarını və ev əhlini yaxşı idarə etməlidir. 13  Çünki ləyaqətlə xidmət edənlər yaxşı ad qazanır və Məsih İsaya gətirdikləri iman sayəsində böyük cəsarətlə danışırlar. 14  Ümidvaram ki, tezliklə yanına gələcəyəm. Amma yenə də bunları sənə yazıram ki, 15  işdir yubansam, Allahın evində necə davranmağı biləsən. Bu ev var olan Allahın yığıncağı, həqiqətin sütunu və dayağıdır. 16  Allaha sədaqətin müqəddəs sirri, doğrudan da, böyükdür: İsa cismən zühur etdi, ruhani varlıq kimi saleh elan edildi, mələklər qarşısında durdu, millətlər arasında təbliğ olundu, dünyada ona iman edildi, şöhrətlə göyə aparıldı.

Haşiyələr