Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Timoteyə 2:1—15

2  İlk növbədə tövsiyə edirəm ki, hər cür insandan ötrü yalvarış, dua, xahiş və şükürlər edilsin.  Həmçinin padşahlar və məmurlar üçün də dua edin ki, biz bundan sonra da başımızı aşağı salıb sakit həyat sürək, tam sədaqət və ciddiyyətlə Allaha xidmət edək.  Bu, Xilaskarımız Allahın gözündə yaxşı və məqbuldur,  axı O istəyir ki, hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin.  Allah təkdir və Allahla insanlar arasında yalnız bir vasitəçi var. Bu, yer üzündə yaşamış insan Məsih İsadır.  O, müvafiq bir fidyə kimi, hamıdan ötrü canını verdi. Vaxt gələndə bu haqda şəhadət veriləcək.  Mən də bu məqsədlə müjdəçi və həvari, başqa xalqlara iman və həqiqəti öyrədən müəllim təyin edilmişəm. Doğru söyləyirəm, sözlərimdə yalan yoxdur.  İstəyirəm ki, yığışdığınız hər yerdə kişilər sədaqətlə əllərini göyə qaldırıb dua etsinlər, qəzəb və mübahisələrdən uzaq olsunlar.  Eynilə qadınlar da özlərini cürbəcür saç düzümü, qızıl, mirvari, yaxud bahalı libaslarla yox, ləyaqətli geyimlə, həya və ədəb-ərkanla*, 10  mömin olduqlarını iddia edən qadınlara yaraşan yaxşı işlərlə bəzəsinlər. 11  Qoy qadın susaraq tam tabeliklə təlim alsın. 12  Qadının təlim verməsinə, yaxud kişi üzərində başçılıq etməsinə izin vermirəm. O, susub qulaq asmalıdır. 13  Çünki əvvəl Adəm yaradıldı, sonra Həvva. 14  Bundan başqa aldanan da Adəm deyildi, qadın tamamilə aldanaraq Allahın əmrini pozdu. 15  Ancaq o, uşaq doğmaqla özünü müdafiə edəcək, bir şərtlə ki, sağlam düşüncəli olub imanını, məhəbbətini və paklığını qorusun.

Haşiyələr

Yaxud «sağlam düşüncə ilə»