Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Timoteyə 1:1—20

1  Xilaskarımız Allahın və ümidimiz Məsih İsanın əmri ilə Məsih İsanın həvarisi olan Paveldən  iman yolunda öz doğma balam kimi sevdiyim Timoteyə məktub. Atamız Allahdan və Ağamız Məsih İsadan gələn lütf, mərhəmət və sülh sənə yar olsun.  Mən Makedoniyaya getməyə hazırlaşarkən səni Efesdə qalmağa təşviq etdiyim kimi, indi də tövsiyə edirəm ki, bəzi adamlara yad təlimləri öyrətməyi qadağan edəsən.  Qoy onlar uydurma rəvayətlərə və nəsil şəcərələrini araşdırmağa uymasınlar. Bunlardan insana heç bir fayda gəlməz; bunlar Allahın imanla bağlı gördüyü tədbirlərinin yayılması əvəzinə, boş yerə vaxt aparan suallar doğurur.  Bu göstərişin məqsədi odur ki, hamımızda sidqi-ürəkdən gələn, təmiz vicdandan və riyasız imandan doğan məhəbbət olsun.  Bəziləri bunlardan uzaqlaşıb boş-boş söhbətlərə baş qoşmuşlar.  Onların könlündən qanun müəllimi olmaq keçir, ancaq nə öz dediklərindən, nə də cidd-cəhdlə iddia etdikləri şeylərdən başları çıxmır.  Biz bilirik ki, Qanun mükəmməldir, bir şərtlə ki, düzgün tətbiq edilsin.  Axı Qanun saleh adamlar üçün yox, qanunsuz, itaətsiz, Allahdan qorxmayan, günahlı, sədaqətsiz*, müqəddəs şeyləri heç yerinə qoyan adamlar üçün, qatillər, o cümlədən ata-ana qatilləri, 10  əxlaqsız, kişibaz, insan oğruları, yalançı, andı pozan və sağlam təlimə zidd işlərlə məşğul olan adamlar üçün verilib. 11  Bu təlim xoşbəxt Allah tərəfindən mənə əmanət edilən şanlı xoş xəbərə müvafiqdir. 12  Mənə güc verən Ağamız Məsih İsaya minnətdaram, çünki o, məni sadiq bilərək mənə belə bir xidmət həvalə edib. 13  Hərçənd əvvəllər mən küfr danışır, Allahın xalqını təqib edirdim və çox həyasız adam idim. Bütün bunlara baxmayaraq, Allah mənə mərhəmət göstərdi, çünki mən cahil idim və imansız olduğum üçün belə hərəkət edirdim. 14  Ancaq mən iman və Məsih İsa yolundakı məhəbbətlə yanaşı, Rəbbin lütfünü də bol-bol daddım. 15  Məsih İsa bu dünyaya günahlı adamları xilas etmək üçün gəldi. Bu sözlər doğru və tam etimada layiqdir. O günah sahiblərindən də ən betəri mənəm. 16  Buna baxmayaraq, mənə mərhəmət göstərildi ki, Məsih İsa mənim üzərimdə bütün səbrini nümayiş etdirsin və mən əbədi həyat ümidilə ona iman gətirənlər üçün bir nümunə olum. 17  Qoy əbədiyyət Padşahı, gözəgörünməz və ölməz yeganə Allah sonsuzadək ehtiram və şöhrət sahibi olsun! Amin. 18  Oğlum, Timotey, sənə işarə edən peyğəmbərliklərə əsasən bu göstərişi verirəm ki, onların sayəsində mərdliklə mübarizə aparasan, 19  imanını və təmiz vicdanını qoruyasan. Bəziləri öz vicdanını tapdamış və onların imanı gəmi kimi qəzaya uğramışdır. 20  Himeney və Aleksandr da belələrindəndir. Onları Şeytana təslim etdim ki, bu cəzadan ibrət götürüb küfr danışmağı tərgitsinlər.

Haşiyələr

Yaxud «sadiq məhəbbətdən məhrum»