Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Saloniklilərə 5:1—28

5  Qardaşlar, belə düşünürük ki, zamanlar və müddətlər barəsində sizə nə isə yazmağa lüzum yoxdur.  Siz yaxşı bilirsiniz ki, Yehovanın günü gecə gələn oğru kimi gələcək.  İnsanlar «sülh və təhlükəsizlik» deyərkən, hamilə qadını doğuş sancıları qəflətən tutduğu kimi, onlar da qəfil məhvə uğrayacaqlar və heç cürə xilas ola bilməyəcəklər.  Qardaşlar, siz isə zülmətdə deyilsiniz ki, gün işığı oğrunu yaxaladığı kimi, həmin o gün də sizi qəfil yaxalasın.  Axı siz hamınız nurun və gündüzün oğullarısınız. Biz nə gecəyə, nə də zülmətə məxsusuq.  Buna görə də gəlin başqaları kimi yatmayaq, oyaq qalıb ayıq olaq.  Yatan adam adətən gecə yatır, sərxoşluq edən də gecə içib sərxoş olur.  Biz isə gündüzə məxsus olduğumuz üçün ayıq qalmalı, inam və məhəbbət zirehini geyməli, xilas ümidini dəbilqə kimi başımıza qoymalıyıq.  Çünki Allah bizi qəzəbə düçar olmaq üçün yox, Ağamız İsa Məsih vasitəsilə xilas olmaq üçün seçib. 10  İsa bizim uğrumuzda öldü ki, istər oyaq olaq, istərsə də yatmış olaq, əvvəl-axır onunla birlikdə yaşayaq. 11  Buna görə də necə ki indi edirsiniz, bundan sonra da bir-birinizə təsəlli verin və bir-birinizi möhkəmləndirin. 12  Qardaşlar, sizdən rica edirik ki, Ağamızın işində zəhmət çəkən, sizə rəhbərlik edən və nəsihət verənlərə hörmət göstərəsiniz, 13  çəkdikləri zəhmətə görə onlara böyük ehtiram və məhəbbət bəsləyəsiniz. Bir-birinizlə mehriban* olun. 14  Həm də qardaşlar, sizdən rica edirik, nizam-intizamı pozanlara xəbərdarlıq edin, qəmginlərə təskinlik verin, zəiflərə dayaq olun və hamıya qarşı səbir göstərin. 15  Diqqət yetirin ki, heç kim pisliyə pisliklə cavab verməsin, həmişə bir-birinizə və digərlərinə yaxşılıq etməyə can atın. 16  Həmişə sevinin. 17  Daima dua edin. 18  Hər şeyə görə təşəkkür edin. Çünki Allah sizi, Məsih İsanın davamçılarını bu cür görmək istəyir. 19  Müqəddəs ruhun alovunu söndürməyin. 20  Peyğəmbərlik sözlərinə etinasız yanaşmayın. 21  Hər şeyin doğru olub-olmadığını araşdırın, yaxşı işdən ikiəlli yapışın. 22  Hər cür pislikdən uzaq durun. 23  Qoy sülh mənbəyi Allah sizi büsbütün müqəddəs etsin. Qardaşlar, qoy Ağamız İsa Məsihin iştirakı zamanı sizin ruhunuz, canınız və bədəniniz hər cəhətdən sağlam və qüsursuz olsun. 24  Sizi çağıran sədaqətlidir və bunu mütləq edəcək. 25  Qardaşlar, bizim üçün həmişə dua edin. 26  Bütün qardaşları saf öpüşlə salamlayın. 27  Sizi Ağaya and verirəm, bu məktubu bütün qardaşlara oxuyun. 28  Ağamız İsa Məsihin lütfü sizə yar olsun.

Haşiyələr

Yaxud «aranızda sülh olsun»