Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Saloniklilərə 4:1—18

4  Qardaşlar, Allahı razı salmaq üçün necə yaşamağı bizdən öyrənmisiniz və siz belə də yaşayırsınız. İndi isə Ağamız İsanın adı naminə sizdən xahiş edir və sizə tövsiyə edirik ki, bu məsələdə təkmilləşməyə davam edəsiniz.  Ağamız İsanın adı ilə sizə verdiyimiz əmrləri də ki yaxşı bilirsiniz.  Allah istəyir ki, siz müqəddəs olasınız və cinsi əxlaqsızlıqdan uzaq durasınız.  Qoy hər kəs öz bədənini paklıqla və ləyaqətlə idarə etməyi bacarsın.  Allah istəmir ki, aranızdan kimsə Onu tanımayan millətlərə xas olan acgöz şəhvətin əsiri olsun,  əxlaqi təmizlik məsələsində qardaşına zərər vurub onun haqqını tapdalasın. Çünki Yehova bütün bu əməllərlə məşğul olanları cəzalandırır. Biz bu haqda sizə ətraflı danışmış və sizi xəbərdar etmişik.  Axı Allah bizi natəmizliyə göz yummağa deyil, pak olmağa çağırıb.  Buna görə də bu məsələyə saymazyana yanaşan adam, əslində insana yox, sizə Öz müqəddəs ruhundan verən Allaha hörmətsizlik göstərir.  Qardaşlıq məhəbbətinə gəlincə bu haqda sizə nə isə yazmağa lüzum yoxdur, çünki siz bir-birinizi sevməyi Allahdan öyrənmisiniz 10  və doğrudan da, Makedoniyadakı bütün qardaşlara məhəbbət göstərirsiniz. Bununla belə, qardaşlar, sizə tövsiyə edirik ki, bu sahədə daha da inkişaf edəsiniz. 11  Necə ki, sizə tapşırmışıq, eləcə də başınızı aşağı salıb dinc yaşayın, başqasının işinə qarışmayın, əlinizin zəhməti ilə dolanın. 12  Bu yolla, insanların qarşısında namuslu həyat sürəcək və heç nəyə möhtac olmayacaqsınız. 13  Qardaşlar, ümidi olmayan digər insanlar kimi kədərlənməyəsiniz deyə, ölüm yuxusu ilə yatanlar barəsində sizi bixəbər qoymaq istəmirik. 14  Əgər biz İsanın öldüyünə və sonra dirildiyinə inanırıqsa, onda buna da inanmalıyıq ki, İsanın uğrunda ölüm yuxusuna gedənləri Allah dirildib onun yanına toplayacaq. 15  Yehovanın sözünə əsaslanaraq deyirik: Ağamızın iştirakı zamanı aramızdan sağ olanlar ölüm yuxusu ilə yatanları heç bir vəchlə qabaqlamayacaqlar. 16  Çünki Ağamız amiranə bir səslə, baş mələk səsi ilə və Allahın şeypuru ilə göydən enəcək və Məsih yolunda ölənlər ilk növbədə diriləcəklər. 17  Sonra sağ qalıb yaşayan bizlər onlarla birlikdə buludda aparılacaq, havada Ağamızla görüşəcəyik və daha heç vaxt Ağamızdan ayrılmayacağıq. 18  Beləliklə, bu sözlərlə daima bir-birinizə təsəlli verin.

Haşiyələr