Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Saloniklilərə 3:1—13

3  Bu səbəbdən daha buna tab gətirə bilmədiyimiz üçün fikirləşdik ki, Afinada tək qalsaq, yaxşı olar.  Buna görə də imanınızı möhkəmləndirmək və sizə təsəlli vermək üçün Məsih haqqındakı xoş xəbərin təbliği işində Allahın xidmətçisi olan qardaşımız Timoteyi yanınıza göndərdik ki,  bu əziyyətlər heç kəsin imanını zəiflətməsin. Axı siz bilirsiniz ki, bütün bunlar bizimlə baş verməlidir.  Üstəlik, yanınızda olanda da bütün bu əziyyətlərin mütləq baş verəcəyindən sizi xəbərdar edirdik. Bildiyiniz kimi, belə də oldu.  Buna görə də mən daha dözə bilməyib sizin sadiq qalıb-qalmadığınızı öyrənmək qərarına gəldim, qorxurdum ki, birdən İblis sizi yoldan çıxarar və zəhmətimiz hədər gedər.  Təzəlikcə yanınızdan qayıdan Timotey sizin sədaqətiniz və məhəbbətiniz haqqında danışıb bizi sevindirdi. O, həmçinin bizi həmişə xoş sözlə yad etdiyinizi və bizimlə görüşmək həsrətində olduğunuzu söylədi. Elə biz özümüz də sizin həsrətinizi çəkirik.  Qardaşlar, ehtiyac və əzab-əziyyət içində olduğumuz bir vaxtda, sizin sədaqətiniz bizə təsəlli gətirdi.  Çünki Ağamızın yolunda mətanətlə yeridiyinizi bilmək bizi yaşadır.  Allahımızın qarşısında bizə bəxş etdiyiniz bütün sevinc müqabilində Ona nə qədər şükür etsək, yenə də azdır. 10  Üzünüzü görmək və imanınızdakı çatışmazlıqları düzəltmək üçün gecə-gündüz Allaha hərarətlə yalvarırıq. 11  Qoy Atamız Allah və Ağamız İsa yanınıza gəlmək üçün yolumuzu açıq etsinlər. 12  Qoy Ağamız sizdə bir-birinizə və bütün insanlara qarşı, bizim sizə duyduğumuz coşqun məhəbbət kimi məhəbbət yetişdirsin və onu bol etsin. 13  Təki Ağamız İsanın bütün müqəddəsləri ilə birlikdə iştirakı zamanı Atamız Allahın qarşısında ürəyiniz əzmli, özünüz də qüsursuz və müqəddəs olasınız.

Haşiyələr