Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Saloniklilərə 2:1—20

2  Qardaşlar, siz yaxşı bilirsiniz ki, yanınıza gəlməyimiz əbəs olmayıb.  Sizə məlumdur ki, biz Filipidə çox əziyyət çəkdik və təhqir olunduq. Lakin Allahımız bizi cəsarətləndirdi ki, güclü müqavimətə baxmayaraq, Onun xoş xəbərini sizə çatdıraq.  Sizə verdiyimiz tövsiyə yanlış bir fikirdən, yaxud çirkin niyyətdən və ya yalandan doğmur.  Allah bizi sınaqdan keçirib xoş xəbəri bizə həvalə etməyə layiq bildi. Buna görə də biz insanları yox, ürəyimizi sınayan Allahı məmnun etmək üçün danışırıq.  Siz bilirsiniz ki, biz gəlib sizə yaltaqlanmamışıq, yaxud iç üzünü gizlədən tamahkarlar kimi olmamışıq. Buna Allah da şahiddir!  Biz heç bir insandan: nə sizdən, nə də başqalarından şan-şöhrət ummamışıq, halbuki Məsihin həvariləri olaraq, sizi böyük xərcə sala bilərdik.  Əksinə, biz sizinlə körpəsini əmizdirib əzizləyən bir ana kimi nəvazişlə davranmışıq.  Sizi ürəkdən sevdiyimiz üçün sizə nəinki Allahın xoş xəbərini çatdırmağa şad idik, hətta öz canımızı da verməyə hazır idik, axı siz bizə çox əzizsiniz.  Qardaşlar, sözsüz ki, çəkdiyimiz ağır zəhməti xatırlayırsınız. Biz sizə həm Allahın xoş xəbərini təbliğ edirdik, həm də aranızdan heç kimi xərcə salmamaq üçün gecə-gündüz işləyirdik. 10  Allah da, siz də şahidsiniz ki, bizlər siz imanlıların yanında necə sədaqətli, saleh və qüsursuz həyat sürmüşük. 11  Bunu da yaxşı bilirsiniz ki, ata öz övladları ilə davrandığı kimi, biz də sizinlə eyni cür davranırdıq: sizə məsləhət və təsəlli verir, lazım gələndə məzəmmət də edirdik. 12  Təki siz həmişə, sizi Öz padşahlığına və calalına dəvət edən Allaha layiq həyat sürəsiniz. 13  Buna görə də biz daima Allaha şükür edirik, çünki bizdən eşitdiyiniz Allahın sözünü insan sözü kimi deyil, əslində necə ki var, Allahın sözü kimi qəbul etdiniz. Bu söz siz imanlılarda fəaliyyət göstərir. 14  Qardaşlar, siz Məsih İsa ilə vəhdətdə olan Allahın Yəhudeyadakı yığıncaqlarına bənzəyirsiniz. Çünki onlar yəhudilərdən zülm gördükləri kimi, siz də öz soydaşlarınızdan zülm görürsünüz. 15  Yəhudilər Ağamız İsanı və peyğəmbərləri öldürmüş, bizi də təqib etmişlər. Onlar nə Allahı razı salır, nə də insanların rifahını düşünürlər. 16  Onlar başqa millətlərdən olan adamlarla danışmağımıza əngəl törətməyə çalışır, qoymurlar ki, onlar da xilas olsunlar. Beləcə günahlarının üstünə günah əlavə edirlər. Lakin onlar axır ki, Allahın qəzəbinə tuş gəldilər. 17  Qardaşlar, biz bir müddət sizdən ayrı düşdük. Hərçənd sizdən uzaqda olsaq da, siz həmişə qəlbimizdə idiniz və çılğın bir istəklə üzünüzü görməyə can atırdıq. 18  Buna görə də biz, daha doğrusu, mən Pavel, iki dəfə yanınıza gəlmək istəyirdik, amma Şeytan hər dəfə yolumuzu kəsirdi. 19  Ağamız İsanın iştirakı zamanı, onun qarşısında bizim ümidimiz, sevincimiz, fəxr tacımız siz deyilsinizmi? 20  Bəli, bizim şöhrətimiz də, sevincimiz də sizsiniz.

Haşiyələr