Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Saloniklilərə 1:1—10

1  Pavel, Siluan və Timoteydən Atamız Allahla və Ağamız İsa Məsihlə vəhdətdə olan salonikililərin yığıncağına məktub. Allahdan gələn lütf və sülh sizə yar olsun!  Dualarımızda sizin hamınızı yad edərkən daima Allaha şükür edirik.  Buna Atamız Allah da şahiddir ki, imandan doğan işiniz, məhəbbətlə çəkdiyiniz zəhmət və Ağamız İsa Məsihə olan ümidlə göstərdiyiniz dözüm həmişə yadımızdadır.  Allahın sevimliləri, əziz qardaşlar! Biz bilirik ki, sizi Allah seçib,  axı biz sizə xoş xəbəri yalnız sözlə yox, qüdrətlə, müqəddəs ruhla və qətiyyətlə təbliğ etmişik. Sizdən ötrü necə yaşadığımızı da özünüz yaxşı bilirsiniz.  Siz bir çox əziyyətə qatlaşsanız da, Allahın sözünü müqəddəs ruhun hasil etdiyi sevinclə qəbul edib bizi və Ağamızı örnək tutdunuz  və beləcə, Makedoniya və Axayyadakı bütün imanlılara nümunə oldunuz.  Yehovanın sözü sizin vasitənizlə tək Makedoniyaya və Axayyaya çatmayıb, Allaha olan imanınız bütün aləmə yayılıb, belə ki, bizim nə isə deməyimizə ehtiyac yoxdur.  İlk dəfə sizin yanınıza gəlməyimizi və bütlərdən Allaha necə dönməyinizi onların özləri danışırlar. Siz bunu var olan həqiqi Allaha qulluq etmək üçün 10  və diriltdiyi Oğlu İsanın göydən gəlişini gözlədiyiniz üçün etdiniz. İsa bizi qarşıdan gələn qəzəbdən qurtaracaq.

Haşiyələr