Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Korinflilərə 9:1—27

9  Məgər istədiyimi etməyə haqqım yoxdur? Yoxsa mən həvari deyiləm? Məgər mən Ağamız İsanı görməmişəm? Ağamızın yolunda çəkdiyim zəhmətin nəticəsi siz deyilsinizmi?  Əgər başqaları üçün həvari deyiləmsə, sizin üçün sözsüz ki, həvariyəm, çünki siz Ağamıza xidmətdə mənim həvariliyimi təsdiq edən möhürsünüz.  Məni mühakimə edənlərə isə öz müdafiəm üçün deyirəm:  məgər bizim yeyib-içməyə haqqımız yoxdur?  O biri həvarilər kimi, Ağamızın qardaşları və Kifa kimi, biz də imanda olan arvadımızı özümüzlə götürə bilmərik?  Yoxsa yalnız Barnaba ilə mən işləyib dolanmalıyıq?  Heç öz hesabına xidmət edən əsgər olur? Məgər üzümlük əkən onun meyvəsindən yemir? Hansı çoban sürünün südündən içmir?  Elə bilməyin ki, dediklərim insan düşüncəsinə əsaslanır. Məgər Qanun da bunları demir?  Musanın qanununda yazılıb: «Xırmanda dən döyən öküzün ağzını bağlama». Sizcə, Allah öküzlərin qeydinə qalır? 10  Yoxsa bunları bizim üçün deyir? Bəli, bunlar bizdən ötrü yazılıb, çünki yeri şumlayan ümidlə şumlamalıdır. Dən döyən də ümid etməlidir ki, öz payını alacaq. 11  Aranızda ruhani toxumlar əkmişiksə, maddi ehtiyaclarımız üçün sizdən məhsul biçsək, nə böyük şeydir? 12  Əgər başqalarının buna haqqı çatırsa, onda bizim haqqımız daha çox deyilmi? Ancaq biz bu haqqımızdan istifadə etmədik; hər şeyə qatlaşırıq ki, Məsih barəsindəki xoş xəbərin yayılmasına heç nə mane olmasın. 13  Məgər bilmirsiniz ki, məbəddə müqəddəs vəzifələri icra edənlər məbədə məxsus şeylərdən yeyirlər və qurbangahın yanında xidmət edənlərə qurbangahdan pay çatır? 14  Beləcə də Ağamız göstəriş verib ki, xoş xəbəri yayanlar xoş xəbərin sayəsində dolansınlar. 15  Mən isə bu imtiyazların heç birindən istifadə etməmişəm. Bunları da özümdən ötrü yazmıram, çünki ölərəm, amma qoymaram ki, kimsə mənim iftixarımı puç etsin! 16  Xoş xəbəri təbliğ edirəmsə, öyünməyə heç bir əsasım yoxdur, çünki bu, mənim borcumdur. Əgər xoş xəbəri təbliğ etmirəmsə, vay halıma! 17  Mən bunu öz xoşumla edirəmsə, mükafat alacağam, könülsüz edirəmsə, yenə də, mənə həvalə edilmiş nökərbaşı vəzifəsini yerinə yetirirəm. 18  Bəs mənim mükafatım nədir? Xoş xəbəri təmənnasız təbliğ edirəm ki, xoş xəbərin mənə verdiyi haqdan sui-istifadə etməyim. 19  Hərçənd heç kəsdən asılılığım yoxdur, amma Məsihin yoluna daha çox adam gətirmək üçün hamı üçün qul oldum. 20  Yəhudiləri bu yola gətirmək üçün yəhudilərlə yəhudi oldum. Qanunun hökmü altında olanları gətirmək üçün onlarla Qanunun hökmü altında olan adam kimi davrandım, halbuki özüm Qanunun hökmü altında deyiləm. 21  Özüm Allahın qanununa sahib olub Məsihin qanununun hökmü altında olduğum halda, qanunsuzları bu yola gətirməkdən ötrü onlar üçün qanunsuz adam kimi oldum. 22  Zəifləri gətirmək üçün onlarla zəif kimi davrandım. Hər cür adam üçün hər şey oldum və hər fürsətdən istifadə etdim ki, heç olmasa kimisə xilas edə bilim. 23  Bütün bunları xoş xəbər uğrunda edirəm ki, onu başqalarına çatdıra bilim. 24  Məgər bilmirsiniz ki, yarışda iştirak edən qaçışçıların hamısı qaçır, ancaq yalnız biri mükafata layiq görülür? Siz də elə qaçın ki, mükafatı alasınız. 25  Yarış iştirakçısı hər şeydə nəfsinə hakim olur. O, bütün bunları solub gedən çələngdən ötrü, biz isə solmaz çələngdən ötrü edirik. 26  Buna görə də mən məqsədsiz qaçmıram, yumruğu elə atıram ki, zərbəm boşa çıxmasın. 27  Bədənimə cəfa verib onu kölə kimi hökmüm altına salıram ki, başqalarına təbliğ edə-edə, özüm Allahın gözündən düşməyim.

Haşiyələr