Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Korinflilərə 8:1—13

8  Bütlərə təqdim edilmiş yeməklərə gəldikdə, bu barədə hamımızın biliyi var. Bilik insanı qürrələndirir, məhəbbət isə ruhən möhkəmləndirir.  Kim düşünür ki, nə isə bilir, əslində onun hələ lazımınca biliyi yoxdur.  Amma kim Allahı sevirsə, Allah onu tanıyır.  O ki qaldı bütlərə təqdim edilmiş qidanın yeyilməsinə, biz bilirik ki, büt heç nədir, Allah isə təkdir və Ondan başqası yoxdur.  Hərçənd göydə və ya yerdə «allah» deyilənlər var və doğrudan da, çoxsaylı «allahlar» və «ağalar» mövcuddur,  amma bizim üçün tək bir Allah var. O, Atamızdır, hər şeyin yaradanıdır və bizi də Özü üçün yaradıb. Həmçinin bir Ağamız var, İsa Məsih. Hər şey, o cümlədən biz də onun vasitəsilə yaradılmışıq.  Lakin bunu hamı dərk etmir, çünki bəzilərinin şüuru bütpərəstliyə elə öyrəşib ki, onlar hələ də yedikləri yeməyi bütə təqdim edilmiş qurban sayırlar. Belə adamların vicdanı zəif olduğu üçün ləkələnir.  Amma biz qida vasitəsilə Allahın rəğbətini qazana bilmərik. Yemiriksə, heç nə itirmirik, yeyiriksə də heç nə qazanmırıq.  Ancaq diqqətli olun ki, sizin hüququnuz zəiflərin inkişafına mane olmasın. 10  Əgər kimsə səni, bilik sahibini, bütlərin məbədində süfrə arxasında əyləşən görərsə, məgər onun zəif vicdanı onu bütlərə təqdim edilmiş qidanı yeməyə sövq etməz? 11  Sən öz biliyinlə zəif adamı, qardaşını məhv edirsən. Hərçənd Məsih onun uğrunda öz həyatını fəda edib. 12  Siz qardaşlarınıza qarşı günah işləyib onların zəif vicdanını yaralayanda Məsihə qarşı günah işləyirsiniz. 13  Buna görə də yemək qardaşım üçün maneədirsə, mən iman yolunda qardaşımı büdrətməmək üçün əsla ət yemərəm.

Haşiyələr