Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Korinflilərə 6:1—20

6  Aranızda birinin digəri ilə çəkişməsi olanda o, müqəddəslərin yanına getmək əvəzinə, necə cürət edib məhkəməyə — imansızların yanına gedir?  Məgər bilmirsiniz ki, dünyanı müqəddəslər mühakimə edəcəklər? Siz dünyanı mühakimə edəcəksiniz, ancaq xırda işlərin qabağında acizsiniz?  Məgər bilmirsiniz ki, biz mələkləri mühakimə edəcəyik? Elə isə, onda nəyə görə adi işləri özümüz həll etməyək?  Ancaq əgər həll ediləsi işləriniz varsa, nəyə görə yığıncağın bəyənmədiyi adamları hakim seçirsiniz?  Bunları sizi utandırmaq üçün deyirəm. Məgər qardaşlar arasındakı məsələni həll etmək üçün sizdə bircə nəfər də hikmətli adam yoxdur?  Ancaq iş gör nə yerə çatıb ki, qardaş qardaşı imansızların qabağına gətirib məhkəməyə verir!  Əslində bir-birinizlə çəkişməyiniz sizin üçün tam məğlubiyyət deməkdir. Çəkişməkdənsə, niyə də sizə qarşı edilmiş ədalətsizliyə qatlaşmayasınız? Sizi aldatsalar da, nəyə görə buna dözməyəsiniz?  Siz isə əksinə, qardaşlarınıza qarşı ədalətsiz davranır, onları aldadırsınız.  Yoxsa bilmirsiniz ki, Allahın normalarına müvafiq yaşamayanlar Onun padşahlığına girməyəcəklər? Özünüzü aldatmayın. Nə əxlaqsızlar*, nə bütpərəstlər, nə zinakarlar, nə qeyri-təbii cinsi əlaqə üçün istifadə edilən kişilər, nə kişibazlar, 10  nə oğrular, nə tamahkarlar, nə içki düşkünləri, nə nalayiq söz danışanlar, nə də soyğunçular Allahın padşahlığına girməyəcəklər. 11  Sizlərdən də bəziləri belə idi. Ancaq siz Allahımızın müqəddəs ruhu ilə və Ağamız İsa Məsih naminə yuyulub təmizləndiniz, pak edildiniz, saleh elan edildiniz. 12  İstənilən şeyi etməyə iznim var, ancaq hər istənilən şey faydalı deyil. İstənilən şeyi etməyə iznim var, ancaq nəyinsə üzərimdə hökmranlıq etməsinə izin vermərəm. 13  Qida qarın üçün, qarın isə qida üçündür, lakin Allah onların hər ikisini yox edəcək. Eləcə də bədən cinsi əxlaqsızlıq üçün yox, Ağamız üçündür, Ağamız da bədən üçündür. 14  Allah Öz gücü ilə Ağamızı diriltdiyi kimi, bizi də dirildəcək. 15  Məgər bilmirsiniz ki, hər birinizin bədəni Məsihin bədəninin üzvüdür? Belə isə Məsihin bədəninin üzvünü götürüb fahişənin bədən üzvü etmək heç mənə yaraşar? İraq olsun! 16  Yoxsa bilmirsiniz ki, fahişə ilə yaxınlıq edən onunla bir bədən olur? Axı Allah belə deyir: «İkisi bir bədən olacaq». 17  Ağamızla birləşən isə onunla bir vəhdət* təşkil edir. 18  Cinsi əxlaqsızlıqdan qaçın. İşlənən digər günahlar bədəndən kənarda qalır, lakin cinsi əxlaqsızlıqla məşğul olan öz bədəninə qarşı günah işləyir. 19  Məgər bilmirsiniz ki, sizin bədəniniz Allahdan gələn və sizdə olan müqəddəs ruh üçün bir məbəddir? Siz özünüzə məxsus deyilsiniz, 20  çünki baha qiymətə alınmısınız. Buna görə də bədəninizlə Allahı şərəfləndirin.

Haşiyələr

3–cü Əlavəyə bax
Hərfən «bir ruh olur». Ruh burada Ağamız ilə həmfikir olmaq mənasında işlədilib