Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Korinflilərə 4:1—21

4  Qoy bizi Məsihin xidmətçiləri və Allahın müqəddəs sirrinin nökərbaşıları kimi tanısınlar.  Nökərbaşıdan isə sədaqət tələb olunur.  İstər məni siz mühakimə edin, istər hər hansı bir məhkəmə — bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Heç mən də özümü mühakimə etmirəm.  Vicdanım hər cəhətdən rahatdır. Amma bu məni saleh etmir. Yehova məni mühakimə edir.  Buna görə də Ağamız gələnədək, vaxtından əvvəl heç nəyi mühakimə etməyin. Ağamız qaranlıqda gizlədilmiş şeylərin üstünü açacaq, ürəklərdəki niyyətləri aşkar edəcək, onda hər kəs Allahdan layiq olduğu tərifi alacaq.  Qardaşlar, mən bunları sizdən ötrü özümə və Apollosa tətbiq etdim ki, siz bizdən nümunə götürüb «yazıdan kənara çıxma» qaydasına əməl edəsiniz. Onda heç kəs lovğalanıb birini başqasından üstün tutmaz.  Axı səni başqalarından fərqləndirən nədir? Məgər Allah səndən nə isə əsirgəyib? Əgər əsirgəməyibsə, onda niyə bunları Allahdan aldığını unudub lovğalanırsan?  Yoxsa artıq doymusunuz? Bəlkə, varlanmısınız? Deyəsən, bizsiz hakimiyyət sürməyə başlamısınız. Kaş ki siz, doğrudan da, hökmranlığa başlayaydınız, onda bəlkə, biz də sizinlə bərabər hakimiyyət sürərdik.  Mənə elə gəlir ki, Allah biz həvariləri ölümə məhkum edilmişlər kimi, səhnəyə axırıncı olaraq çıxarıb, çünki biz dünya üçün, mələklər və insanlar üçün bir tamaşaya çevrilmişik. 10  Məsih yolunda bizi ağılsız sayırlar, siz isə Məsihə xidmət etdiyiniz üçün özünüzü ağıllı hesab edirsiniz; biz zəifik, siz isə güclüsünüz; siz yaxşı ad qazanmısınız, bizi isə heç kəs saymır. 11  İndiyədək ac-susuzuq, əyin-başımız nimdaşdır, döyülürük, evsiz-eşiksizik, 12  öz əlimizlə işləyib zəhmət çəkirik. Bizi pisləyirlər, əvəzində xoş söz deyirik; bizi təqib edirlər, dözürük. 13  Üstümüzə şər yaxanlarla mehribanlıqla danışırıq. İndiyədək dünyanın gözündə zir-zibil və tullantı kimiyik. 14  Elə bilməyin ki, bunları, sizi xəcalətli etmək üçün yazıram, xeyr, mən sizi öz sevimli balalarım bilib sizə öyüd-nəsihət verirəm. 15  Məsihin xidmətində minlərlə mürəbbiniz olsa da, atalarınız çox deyil. Çünki mən Məsih İsa sayəsində və xoş xəbər vasitəsilə sizin atanız oldum. 16  Buna görə də yalvarıram, məndən nümunə götürün. 17  Ağamıza sədaqətlə xidmət edən əziz balam Timoteyi də bundan ötrü yanınıza göndərirəm. O, Məsih İsaya xidmət üçün hər yerdə, bütün yığıncaqlarda işlətdiyim təlim üsullarını yadınıza salacaq. 18  Aranızdan bəziləri elə lovğalanırlar ki, elə bil mən bir də oralara gəlməyəcəyəm. 19  Ancaq Yehova məsləhət bilsə, mən bu yaxınlarda yanınıza gələcəyəm və bu lovğa-lovğa danışanların hünərini görəcəyəm, onların sözləri isə məni qətiyyən maraqlandırmır. 20  Axı Allahın padşahlığının özülündə söz yox, qüvvə durur. 21  İndi nə deyirsiniz? Yanınıza dəyənəklə, yoxsa məhəbbət və həlimliklə gəlim?

Haşiyələr