Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Korinflilərə 3:1—23

3  Qardaşlar, sizinlə danışanda ruhani düşüncəsi olan adamlarla yox, sanki Məsihin yolunda iməkləyən körpələrlə və cismani düşüncəsi olanlarla danışırdım.  Hələ körpə olduğunuz üçün mən sizi xörəklə yox, südlə bəsləyirdim. Heç indi də böyüməmisiniz,  çünki hələ cismani surətdə düşünürsünüz. Axı əgər aranızda paxıllıq və çəkişmələr varsa, məgər bu, sizin cismani düşüncəli olduğunuzu və dünyadakı adamlar kimi davrandığınızı göstərmir?  Əgər biriniz: «Mən Pavelin şagirdiyəm», digəriniz: «Mən Apollosun şagirdiyəm», — deyirsə, onda başqalarından fərqiniz nədədir?  Apollos kimdir? Yaxud Pavel nəçidir? Bunlar Allahın həvalə etdiyi işi yerinə yetirən xidmətçilərdir. Siz onların vasitəsilə imana gəlmisiniz.  Mən əkdim, Apollos suladı, Allah isə becərdi.  Buna görə əkən də, sulayan da heç nədir, çünki becərən Allahdır.  Əkən və sulayan birgə çalışır, hərəsi zəhmətinə görə mükafatını alacaq.  Biz Allahın əməkdaşlarıyıq. Siz isə Allahın zəmisi, Allahın inşa etdiyi binasınız. 10  Allahın mənə göstərdiyi lütf sayəsində mən mahir bir usta kimi bünövrə qoydum, digəri isə onun üzərində tikir. Ancaq qoy hər kəs necə tikdiyinə fikir versin. 11  Çünki heç kəs qoyulmuş bünövrədən savayı bir bünövrə qoya bilməz. Bu bünövrə də ki İsa Məsihdir. 12  Bu bünövrənin üstündə qızıldan, gümüşdən, daş-qaşdan, ağacdan, samandan, yaxud küləşdən 13  tikən hər kəsin işi bəlli olacaq; imtahan günü hər kəsin işi sınanacaq və alov işin keyfiyyətini aşkar edəcək. 14  Bu bünövrənin üzərində tikənin işi sınaqdan salamat çıxsa, o, mükafat alacaq. 15  Yox əgər kimin işi yansa, o, zərər çəkəcək, hərçənd özü xilas olacaq, ancaq sanki alovun içindən keçəcək. 16  Məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın müqəddəs ruhu sizdə yaşayır? 17  Kim Allahın məbədini məhv edirsə, Allah onu məhv edəcək, çünki Allahın məbədi müqəddəsdir. Bu məbəd sizsiniz. 18  Qoy heç kəs özünü aldatmasın: bu dövrdə özünü ağıllı hesab edən adam həqiqətən də ağıllı olmaq üçün gərək ağılsız olsun. 19  Çünki bu dünyanın müdrikliyi Allahın gözündə ağılsızlıqdır, axı belə yazılıb: «O, ağıllıları elə öz tələləri ilə tutur». 20  Yaxud: «Yehova bilir ki, ağıllıların düşüncələri puçdur». 21  Bu səbəbdən də qoy heç kəs insanla öyünməsin, axı onsuz da hər şey sizindir: 22  Pavel, Apollos, Kifa, dünya, həyat, ölüm, indiki zaman və gələcək — hər şey sizindir. 23  Siz Məsihinsiniz, Məsih də Allahındır.

Haşiyələr