Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Korinflilərə 2:1—16

2  Qardaşlar, mən yanınıza gəlib Allahın müqəddəs sirrini təbliğ edəndə sizi öz müdrikliyim və alimanə sözlərimlə valeh etmək məqsədi güdmürdüm.  Belə qərara almışdım ki, yanınızda özümü dirəyə mıxlanmış İsa Məsihdən başqa heç nə bilməyən adam kimi aparım.  Mən yanınıza gələndə gücsüz idim, ürəyimi qorxu və böyük həyəcan bürümüşdü.  Sizə hikmətli, inandırıcı sözlərlə yox, Allahın ruhunun və gücünün təzahürü ilə təbliğ etdim ki,  sizin imanınız insan müdrikliyi yox, Allahın gücü əsasında qurulsun.  Biz hikmət barəsində yetkin adamların arasında danışırıq, özü də bu dövrün və onun rəhbərlərinin hikmətindən danışmırıq, çünki onların sonu yaxındır.  Biz Allahın Öz müqəddəs sirrində gizli saxladığı, lap əzəldən bizim şöhrətimiz üçün müəyyən etdiyi hikmətdən bəhs edirik.  Bu dövrün rəhbərlərindən heç kəs bu hikməti anlamadı, çünki anlasaydılar, şanlı Ağamızı dirəyə mıxlamazdılar.  Müqəddəs Yazılar deyir: «Allahın Onu sevən bəndələri üçün hazırladığını nə göz görüb, nə qulaq eşidib, nə də kimsənin xəyalına gəlib». 10  Allah bunları bizə Öz ruhu ilə açıb, çünki Onun ruhu hər şeyi, Allahın hikmətinin dərinliklərini belə tədqiq edir. 11  İnsanın fikirlərinə onun ürəyindən* başqa kim bələddir? Allahın fikirlərinə də Onun müqəddəs ruhundan başqa heç kim bələd deyil. 12  Biz dünyanın ruhunu yox, Allahdan gələn ruhu aldıq ki, Allahın bizə bəxş etdiyi şeyləri anlaya bilək. 13  Biz də bunlar barəsində insan müdrikliyinin deyil, müqəddəs ruhun öyrətdiyi sözlərlə danışırıq, ruhani məsələləri ruhani sözlərlə izah edirik. 14  Cismani düşüncəli insan Allahın ruhuna aid şeyləri qəbul etmir, çünki onun üçün bunlar ağılsızlıqdır. O, bunları başa düşmür, çünki bunları ruhun köməyi ilə tədqiq etmək gərəkdir. 15  Amma ruhani düşüncəli insan hər şeyi tədqiq edir, onun özünü isə heç kəs başa düşmür. 16  «Kim Yehovanın əqlini dərk edib ki, Ona yol göstərsin?» Biz isə Məsih kimi düşünürük.

Haşiyələr

Hərfən «ruhundan»