Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Korinflilərə 16:1—24

16  Müqəddəslər üçün toplanılan maddi yardım məsələsinə gəldikdə siz də Qalatiya yığıncaqlarına verdiyim göstərişə əməl edin.  Hər həftənin birinci günü* hər kəs evində imkanına görə müəyyən miqdarda pul ayırıb saxlasın ki, mən gələndə pul yığmağa başlamayasınız.  Mən gələndə məktublarda məsləhət gördüyünüz adamların vasitəsilə bəxşişinizi Yerusəlimə göndərəcəyəm.  Əgər mənim də oraya getməyim lazım olsa, onlar mənimlə gedərlər.  Makedoniyadan sonra yanınıza gələcəyəm, çünki oraya da getməliyəm.  Güman edirəm ki, bir az yanınızda qalacağam, bəlkə, lap elə sizdə qışladım. Sonra getdiyim yerə məni bir qədər ötürərsiniz.  İndi sizinlə ayaqüstü görüşmək istəmirəm, Yehova məsləhət bilsə, ümidvaram ki, gəlib bir az yanınızda qalacağam.  Hələlik Əllinci gün* bayramına qədər Efesdə qalacağam,  çünki qarşımda böyük fəaliyyət qapısı açılıb, amma əleyhdarlar da çoxdur. 10  Timotey gəlsə, elə edin ki, o, heç kəsdən çəkinməsin, çünki o da mənim kimi, Yehovanın işini görür. 11  Qoy heç kəs ona saymazyana yanaşmasın. Onu sağ-salamat yola salıb yanıma göndərin. Mən və qardaşlar onun yolunu gözləyirik. 12  Qardaşımız Apollosa gəldikdə isə mən ondan çox xahiş etdim ki, qardaşlarla birlikdə yanınıza gəlsin, ancaq o, indi gəlmək istəmədi. Əlinə fürsət düşən kimi, yanınıza gələcək. 13  Oyaq qalın, iman yolunda mətanətlə yeriyin, mərd olun, möhkəmlənin. 14  Qoy hər bir işiniz məhəbbətlə olsun. 15  Qardaşlar, sizdən bir ricam var: siz bilirsiniz ki, Stefanasın ailəsi Axayyada* ilk imana gələnlərdir və onlar özlərini müqəddəslərə xidmətə həsr ediblər. 16  Siz belə adamlara, bu işə qoşulanlara və zəhmətkeşlərə həmişə tabe olun. 17  Mən çox şadam ki, Stefanas, Fortunat və Axaik yanımdadırlar, çünki onların sayəsində sizin yoxluğunuzu hiss etmirəm. 18  Onlar mənim də, sizin də ruhunuzu təzələdilər. Buna görə də belə adamların qədrini bilin. 19  Asiya* yığıncaqları sizə salam göndərir. Akila ilə Priska və onların evində toplaşan yığıncaq sizi səmimi ürəkdən, qardaşlıq sevgisi ilə salamlayır. 20  Bütün qardaşlar sizi salamlayırlar. Bir-birinizi saf öpüşlə salamlayın. 21  Mən Pavel də öz əlimlə sizə salam yazıram. 22  Ağamızı sevməyənlərə lənət olsun! Gəl, ey Ağamız! 23  Ağamız İsanın lütfü sizə yar olsun. 24  Mən sizi — Məsih İsa yolunda olanları sevirəm.

Haşiyələr

Matta 28:1 haşiyəsinə bax 
Həvarilərin işləri 2:1 haşiyəsinə bax
Cənubi Yunanıstanda yerləşən Roma əyaləti. Paytaxtı Korinf şəhəri idi
Yunan Müqəddəs Yazılarında «Asiya vilayəti» ifadəsi altında Asiya qitəsi yox, Roma imperiyasının bir əyaləti nəzərdə tutulur. Həmin ərazidə hal–hazırda Türkiyə yerləşir