Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Korinflilərə 13:1—13

13  Əgər mən insanların və mələklərin dilində danışıramsa, amma məhəbbətim yoxdursa, onda cingildəyən misdən və sincdən heç nə ilə fərqlənmirəm.  Əgər peyğəmbərlik ənamım varsa, bütün müqəddəs sirlərə və biliklərə yiyələnmişəmsə, dağları yerindən tərpədəcək dərəcədə güclü iman sahibiyəmsə, lakin məhəbbətim yoxdursa, mən heç nəyəm.  Əgər insanları doydurmaq üçün bütün var-yoxumu paylasam, öyünmək üçün həyatımı fəda etsəm, amma məhəbbətim olmasa, bundan mənə nə fayda?  Məhəbbət səbirli və xeyirxahdır. Məhəbbət paxıl* deyil, lovğalanmır, yekəxanalıq etmir,  nalayiq davranmır, öz xeyrini güdmür, əsəbiləşmir, ona edilən pisliyin hesabını tutmur.  Haqsızlığa sevinmir, əksinə, həqiqətə şadlanır.  Hər şeyə qatlaşır, hər şeyə inanır, hər şeyə ümid edir, hər şeyə dözür.  Məhəbbət heç vaxt tükənmir*. Hərçənd peyğəmbərlik ənamı sona yetəcək, əcnəbi dillərdə danışmaq ənamı qurtaracaq, bilik də aradan qaldırılacaq.  İndi biliyimiz məhdud və etdiyimiz peyğəmbərlik natamamdır. 10  Ancaq bütövlük gələndə natamamlıq aradan qalxacaq. 11  Mən uşaq olanda uşaq kimi danışır, hər şeyi uşaq kimi başa düşür, uşaq kimi düşünürdüm. Həddi-büluğa çatandan sonra isə uşaqlara xas cəhətləri qırağa qoydum. 12  Çünki hal-hazırda biz sanki metal güzgüyə baxıb orada surətləri bulanıq görürük, amma o vaxt hər şeyi aydın* görəcəyik. İndi mən qismən bilirəm, ancaq onda, Allah məni tam tanıdığı kimi, mən də hər şeyi dəqiqliklə biləcəyəm. 13  Bu üç şey isə qalacaq: iman, ümid və məhəbbət. Ancaq məhəbbət bunların hamısından üstündür.

Haşiyələr

Hərfən «qısqanc»
Yaxud «müvəffəqiyyətsizliyə uğramır»
Hərfən «üz-üzə»