Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Korinflilərə 12:1—31

12  Ruhani ənamlara gəldikdə isə qardaşlar, istəmirəm ki, bixəbər olasınız.  Bildiyiniz kimi, siz başqa millətlərə mənsub olanda sizi cürbəcür yollarla dilsiz-ağızsız bütlərə pərəstişə sövq edirdilər.  Ona görə də sizə deməliyəm ki, Allahın müqəddəs ruhunun rəhbərliyi ilə danışan adam heç vaxt İsaya lənət oxumaz; «İsa Ağamızdır!» sözlərini də müqəddəs ruhun rəhbərliyi olmadan demək mümkün deyil.  Ənamlar müxtəlifdir, ancaq müqəddəs ruh həmin müqəddəs ruhdur.  Xidmət növləri də müxtəlifdir, amma Ağamız birdir.  Fəaliyyətlər də müxtəlifdir, lakin bütün insanlarda bu fəaliyyətləri göstərən Allah birdir.  Müqəddəs ruh özünü hər kəsdə xeyirli bir məqsəd üçün büruzə verir.  Misal üçün, birinə müqəddəs ruh vasitəsilə hikmətlə danışmaq, o birisinə eyni ruhla biliklə danışmaq qabiliyyəti verilir.  Kimisinə həmin ruhla inam, kimisinə şəfa vermək ənamı, 10  kimisinə qüdrətli işlər görmək, kimisinə peyğəmbərlik etmək, kimisinə ilham almış sözləri dərk etmək, kimisinə əcnəbi dillərdə danışmaq, kimisinə də bu dillərdən tərcümə etmək ənamı verilir. 11  Bütün bu işləri həyata keçirən eyni müqəddəs ruhdur; o, hər kəsə istədiyi kimi, bir cür ənam verir. 12  Bədən bir olduğu halda, bir çox üzvdən ibarətdir, bədənin çoxlu üzvü olsa da, onların hamısı bir bədəni təşkil edir; Məsihin bədəni də belədir. 13  Doğrudan da, istər yəhudi olaq, istər yunan, istər qul olaq, istər azad adam — biz hamımız bir bədən olmaq üçün bir ruhda vəftiz edilib bir ruhu qəbul etmişik. 14  Bədən bir üzv deyil, bir çox üzvdən ibarətdir. 15  Əgər ayaq: «Mən əl olmadığım üçün bədənin üzvü deyiləm», — desə, məgər o artıq bədən üzvü deyil? 16  Qulaq: «Mən göz olmadığım üçün bədənin üzvü deyiləm», — desə, məgər o artıq bədən üzvü deyil? 17  Bədən bütövlükdə bir göz olsaydı, eşitmək mümkün olmazdı. Bədən bütövlükdə qulaq olsaydı, iy duymaq mümkün olmazdı. 18  Ancaq Allah bədən üzvlərini istədiyi kimi yerləşdirib, hərəsinə öz müvafiq yerini verib. 19  Hamısı eyni üzv olsaydı, bu, heç bədən olardı? 20  Ancaq üzvlər çox olsalar da, bir bədəni təşkil edirlər. 21  Göz ələ: «Sən mənə lazım deyilsən», — deyə bilməz. Yaxud baş ayaqlara: «Siz mənə lazım deyilsiniz», — deyə bilməz. 22  Tam əksinə, məhz bədənin daha zəif hesab edilən üzvləri zəruridirlər. 23  Həmçinin nisbətən şərəfsiz sandığımız hissələrə böyük hörmət göstəririk, onda bədənimizin yaraşıqsız hissələri daha yaraşıqlı olur, 24  çünki bədənimizin yaraşıqlı hissələri onsuz da yaraşıqlıdır, onların heç nəyə ehtiyacı yoxdur. Allah bədəni həmahəng şəkildə yaradaraq şərəfə ehtiyac duyulan hissəni daha da şərəfləndirib. 25  Beləliklə, bədən üzvləri arasında ixtilaf olmamalıdır, hamısı bir-birinin qeydinə qalmalıdırlar. 26  Bədənin bir üzvü əziyyət çəkirsə, onunla birlikdə bütün üzvlər də əziyyət çəkirlər; əgər bir üzv şöhrətə yetişirsə, onunla birlikdə bütün üzvlər də sevinirlər. 27  Siz Məsihin bədənisiniz və ayrılıqda hər biriniz bədən üzvüsünüz. 28  Allah hər üzvü yığıncaqda bu ardıcıllıqla təyin edib: əvvəlcə həvarilər, sonra peyğəmbərlər, bundan sonra müəllimlər, daha sonra qüdrətli işlər, həmçinin şəfa vermə, kömək etmə, rəhbərlik etmə və müxtəlif dillərdə danışma ənamı. 29  Məgər hamı həvaridir? Məgər hamı peyğəmbərdir? Hamı müəllimdir? Yoxsa hamı qüdrətli işlər görür? 30  Məgər hamı şəfa verir? Hamı əcnəbi dillərdə danışır? Hamı tərcümə edir? 31  Daha böyük ənamlara can atın. Budur, mən sizə ən mükəmməl yolu göstərirəm.

Haşiyələr