Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Korinflilərə 10:1—33

10  Qardaşlar, istəyirəm ki, agah olasınız. Əcdadlarımızın hamısı buludun altında idilər və hamısı dənizdən keçdi.  Onlar buludun altında dənizdən keçərək Musanın davamçıları kimi vəftiz olundular.  Hamısı eyni ruhani qidadan yedi  və eyni ruhani sudan içdi. Çünki əcdadlarımız onları müşayiət edən ruhani qayadan içirdilər. Bu qaya Məsihi təmsil edirdi.  Bununla belə onların əksəriyyəti Allahın narazılığına tuş gəldi və səhrada öldülər.  Bütün bunlar bizə ibrət olmalıdır ki, biz də onlar kimi, zərərli şeyləri arzulamayaq.  Onlardan bəziləri kimi, bütpərəst olmayaq, necə ki, yazılıb: «Camaat oturub yedi-içdi, sonra da durub əylənməyə başladı».  Həmçinin onlardan bəziləri kimi, cinsi əxlaqsızlıqla məşğul olmayaq. Onlar cinsi əxlaqsızlıq etdilər və bir gün içində iyirmi üç min adam öldü.  Yehovanı sınamayaq. Onlardan bəziləri Onu sınağa çəkdi və ilanlar onları çalıb öldürdü. 10  Həm də deyingən olmayaq, axı onlar da deyinirdilər və axırda mələk onları məhv etdi. 11  Bütün bunlar ibrət kimi onların başına gəldi və dövrlərin sonunda yaşayan bizləri qorumaq məqsədilə yazılıb. 12  Buna görə də möhkəm dayandığını düşünən adam ehtiyatlı olsun ki, yıxılmasın. 13  Üzləşdiyiniz sınaqlarda qeyri-adi bir şey yoxdur, hamı belə sınaqlarla üzləşir. Ancaq Allah vəfalı Allahdır, O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız və sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək. 14  Əzizlərim, buna görə də bütpərəstlikdən qaçın. 15  Mən sizinlə bəsirətli adamlar kimi danışıram. İndi özünüz qərar verin. 16  Məgər şükür edərək içdiyimiz şükran camı Məsihin qanına şərik olduğumuzu bildirmir? Yaxud bölüb yediyimiz çörək Məsihin bədəninə şərik olduğumuzu bildirmir? 17  Madam ki, çörək birdir, biz də çox olsaq da, bir bədənik, çünki hamımız bir çörəkdən yeyirik. 18  İsrail xalqını götürək. Məgər qurbandan yeyən qurbangahla ortaq olmur? 19  Buna nə deyim? Axı büt özü də, bütə təqdim edilmiş qurban da heç nədir. 20  Başqa millətlər qurbanları Allaha yox, cinlərə gətirirlər. Mən isə istəmirəm ki, siz cinlərlə ortaq olasınız. 21  Siz həm Yehovanın camından, həm də cinlərin camından içə bilməzsiniz. Siz həm «Yehovanın süfrəsindən», həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz. 22  Yoxsa «Yehovanı qəzəbləndirmək» istəyirik? Məgər biz Ondan güclüyük? 23  Hər şeyə izin var, ancaq hər şey insana fayda gətirmir. Hər şeyə izin var, ancaq hər şey insanı ruhən möhkəmləndirmir. 24  Qoy hər kəs öz xeyrini yox, başqasının xeyrini fikirləşsin. 25  Ət bazarında satılan hər şeyi sorğu-sualsız, təmiz vicdanla yeyin, 26  çünki «yer və yerin üstündəkilər Yehovaya məxsusdur». 27  Əgər imanda olmayan adam sizi evinə dəvət etsə və siz getmək istəsəniz, qabağınıza qoyulan hər neməti sorğu-sualsız, təmiz vicdanla yeyin. 28  İşdir, kimsə «bu qurbanlıqdır», — desə, onda bunu sizə deyənin xatirinə və vicdana görə yeməyin. 29  «Vicdan» deyərkən sizinkini yox, həmin adamın vicdanını nəzərdə tuturam. Axı nəyə görə başqasının vicdanı mənim azadlığımı mühakimə etsin? 30  Əgər şükür edib yeyirəmsə, niyə şükür etdiyim şeydən ötrü kimsə mənim haqqımda pis danışsın? 31  Buna görə də istər yeyəndə, içəndə, istərsə də başqa bir iş görəndə hər şeyi elə edin ki, nəticədə Allah şərəflənsin. 32  İman yolunda nə yəhudilər, nə yunanlar, nə də Allahın yığıncağı üçün maneə olmayın. 33  Necə ki, mən də çox adamın xilas olması üçün özümün yox, başqalarının yaxşılığını düşünürəm, hamını hər şeydə razı salmağa çalışıram.

Haşiyələr