Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Korinflilərə 1:1—31

1  Allahın iradəsilə İsa Məsihin həvarisi olmağa çağırılmış Paveldən və qardaşımız Sostendən  Allahın Korinfdəki yığıncağına, Məsih İsa ilə vəhdətdə pak edilmiş, müqəddəs olmaq üçün çağırılmış sizlərə və hər yerdə bizim də, onların da Ağası İsa Məsihin adını çağıranlara məktub.  Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun.  Məsih İsa vasitəsilə sizə bağışlanmış lütfü yadda saxlayaraq, sizə görə həmişə Allaha şükür edirəm.  Çünki siz hərtərəfli biliyə və Allahın sözünü bəyan etmək qabiliyyətinə yiyələnməklə hər cəhətdən Məsihdə zənginləşmisiniz  və Məsih haqqındakı şəhadət sizdə dərin kök salıb.  Belə ki, Ağamız İsa Məsihin zühurunu səbirsizliklə gözləyərkən heç bir ənamdan kənarda qalmamısınız.  Allah sizi sonadək möhkəmləndirəcək ki, siz Ağamız İsa Məsihin gününə üzü ağ çıxasınız.  Sizi Öz Oğlu və bizim Ağamız İsa Məsihlə vəhdətdə olmağa çağıran Allah sədaqətlidir. 10  Qardaşlar, sizdən Ağamız İsa Məsihin adı ilə rica edirəm ki, nitqiniz aranızdakı fikir birliyini əks etdirsin, aranızda ixtilaflar olmasın, əksinə, hamınız yekdil və həmfikir olasınız. 11  Çünki qardaşlar, Kloinin ailəsindən mənə xəbər çatıb ki, aranızda fikir ayrılıqları var. 12  Sizdən bəziləri: «Mən Pavelin», digərləri: «Mən Apollosun», o biriləri: «Mən Kifanın», başqaları da: «Mən Məsihin şagirdiyəm», — deyirlər. 13  Məsihin yığıncağı bölünüb! Məgər sizin yolunuzda Pavel dirəyə mıxlanmışdı? Yoxsa siz Pavelin adı naminə vəftiz edilmisiniz? 14  Nə yaxşı ki, mən Krisp və Qaydan başqa heç kəsi vəftiz etməmişəm, 15  beləcə, heç biriniz mənim adım naminə vəftiz olunduğunu deyə bilməz. 16  Hə, bir də ki Stefanasın ailəsini vəftiz etmişəm. Başqalarına gəlincə, daha kimisə vəftiz etdiyim yadıma gəlmir. 17  Məsih məni vəftiz etmək üçün yox, xoş xəbəri təbliğ etmək üçün göndərib. Özü də mən bu xəbəri alimanə sözlərlə təbliğ etmirəm, yoxsa Məsihin işgəncə dirəyinə ehtiyac qalmazdı. 18  İşgəncə dirəyi barəsindəki xəbər məhv olanlar üçün cəfəngiyatdır, xilas olan bizlər üçünsə Allahın qüdrətidir. 19  Çünki yazılıb: «Müdriklərin hikmətini məhv edəcəyəm, ariflərin zəkasını rədd edəcəyəm». 20  Hanı müdriklər? Hanı mirzələr? Hanı bu dövrün mübahisə sevənləri? Məgər Allah dünyanın hikmətinin axmaqlıq olduğunu göstərmədi? 21  Dünya öz müdrikliyi ilə Allahı tanımadı, Allah isə Öz hikmətində münasib bildi ki, təbliğ edilən xəbərin ağılsızlığı vasitəsilə iman gətirənləri xilas etsin. 22  Yəhudilər əlamət istəyir, yunanlar hikmət axtarırlar, 23  biz isə dirəyə mıxlanmış Məsihi təbliğ edirik. O, yəhudilər üçün bir maneə, digər millətlər üçün səfehlikdir. 24  Dəvət edilmiş yəhudilər və yunanlar üçünsə Məsih Allahın qüdrəti və hikmətidir. 25  Çünki Allahdan gələn bir şey ağılsız görünsə də, insanların müdrikliyindən qat-qat müdrikdir və Allahdan gələn bir şey zəif görünsə də, insanların güclü saydıqları şeylərdən qat-qat güclüdür. 26  Axı qardaşlar, siz öz təcrübənizdən də görürsünüz ki, dəvət olunanlar arasında insan gözü ilə baxsaq müdrik, güclü, əsil-nəcabətli adam çox deyil. 27  Allah müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydığı adamları, güclüləri utandırmaq üçün dünyanın zəif saydığı adamları seçdi. 28  Allah dünyanın adsız-sansızlarını və heç sayılanlarını — dünyanın gözündə mövcud olmayanları seçdi ki, nüfuz sahiblərini məhv etsin 29  və heç bir insan Allahın qarşısında öyünməsin. 30  Siz Onun sayəsində Məsih İsa ilə vəhdətdəsiniz. Biz Allahın hikmətini, həmçinin salehliyi, paklığı və fidyə vasitəsilə qurtuluşu Məsihdə tapdıq. 31  Müqəddəs Yazılar belə deyir: «Öyünən qoy Yehova ilə öyünsün».

Haşiyələr