Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

İbranilərə 8:1—13

8  Bütün bu deyilənlərin məğzi budur: bizim baş kahinimiz göylərdə, əzəmət sahibinin taxtının sağında əyləşib.  O, insan əli ilə deyil, Yehovanın qurduğu həqiqi çadırdakı Ən Müqəddəs yerdə insanların rifahı üçün xidmət edir.  Hər bir baş kahin Allaha bəxşişlər və qurbanlar təqdim etmək üçün təyin edilir, buna görə onun da təqdim etməyə nəyi isə olmalı idi.  O, yer üzündə olsaydı, kahin olmazdı, çünki orada Qanuna əsasən başqa kahinlər bəxşiş təqdim edirlər.  Onların icra etdiyi müqəddəs xidmət səmavi şeylərin simvolik timsalı və kölgəsidir. Bu, Musa çadırı qurmağa hazırlaşarkən Allahın ona verdiyi əmrdən görünür: «Bax, hər şeyi dağda sənə göstərilən nümunəyə əsasən et».  İndi insanların rifahına xidmət etmək üçün İsa daha möhtəşəm bir tapşırıq alıb. O həmçinin daha yaxşı vədlər üzərində hüquqi cəhətdən təsdiq edilmiş qat-qat üstün bir əhdin vasitəçisidir.  Əgər birinci əhd qüsursuz olsaydı, ikincisinə ehtiyac qalmazdı.  Amma O, xalqına qarşı narazılığını bu sözlərlə bildirir: «Yehova bəyan edir: “Budur, İsrail evi və Yəhuda evi ilə yeni əhd bağlayacağım günlər yaxınlaşır.  Bu əhd əcdadlarını Misir diyarından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhd kimi olmayacaq. Çünki onlar Mənim əhdimə sadiq qalmadılar, buna görə də Mən onlardan üz çevirdim”, — Yehova belə deyir». 10  «Yehova belə deyir: “O günlərdən sonra İsrail evi ilə bağlayacağım əhd budur: qanunlarımı onların zehninə qoyacağam, ürəklərində yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq. 11  Artıq heç kəs öz soydaşını və qardaşını: «Yehovanı tanı!», — deyə öyrətməyəcək, çünki kiçikdən tutmuş böyüyədək hamı Məni tanıyacaq. 12  Onların pis əməllərini bağışlayacağam və günahlarını heç vaxt xatırlamayacağam”». 13  Allah «yeni əhd» deməklə əvvəlki əhdin köhnəldiyini göstərir. Dövrünü başa vurmuş və köhnəlmiş şey isə yox olmaq üzrədir.

Haşiyələr