Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

İbranilərə 7:1—28

7  Səlim padşahı olan Melxisedeq Allah-Taalanın kahini idi. O, padşahlar üzərində zəfər çalmış İbrahimin qarşısına çıxdı və ona xeyir-dua verdi.  İbrahim də ona hər şeyin onda birini verdi. O, adının mənasına görə ilk növbədə «salehlik Padşahı», eyni zamanda Səlim padşahı, yəni «sülh Padşahıdır».  Onun ata-anasının adı məlum deyil, əsli-nəcabəti bilinmir. Həyatının nə başlanğıcı, nə sonu bəllidir. Allahın Oğluna bənzədildiyi üçün o, əbədilik kahin olaraq qalır.  Görün o necə böyük adam idi ki, qəbilə başçısı İbrahim qənimətin ən yaxşı hissəsinin onda birini ona vermişdi!  Bəli, Levi oğullarından kahinlik vəzifəsinə təyin olunanlar Qanunun əmrinə riayət edib xalqdan, yəni İbrahimin nəsli olan öz qardaşlarından ondabir vergisini yığırlar.  Ancaq onlarla eyni soydan olmayan adam vədlərə malik olan İbrahimdən ondabir vergisi aldı və ona xeyir-dua verdi.  Buradan açıq-aydın görürük ki, böyük kiçiyə xeyir-dua verir.  Birinci halda fani adamlar ondabir vergisini alırdılar, digər halda isə ondabir vergisini alan adam haqqında şəhadət edilir ki, o sağdır.  Hətta deyə bilərəm ki, xalqdan ondabir vergisini yığan Levi də İbrahim vasitəsilə Melxisedeqə ondabir vergisini vermişdi, 10  çünki Melxisedeq İbrahimin qarşısına çıxanda Levi hələ ulu atası İbrahimin belindən gəlməmişdi. 11  Əgər Allahın Öz xalqına verdiyi Qanunun səciyyəvi əlaməti olan Levi kahinliyi vasitəsilə kamilliyə yetişmək mümkün olsaydı, onda Haruna bənzər yox, Melxisedeqə bənzər başqa bir kahinin meydana gəlməsinə heç ehtiyac qalardımı? 12  Ancaq kahinliyin dəyişilməsi qanunun da dəyişilməsi zərurətini yaradır. 13  Sözügedən adam başqa qəbilədəndir və o qəbilədən heç kəs qurbangahda xidmət etməmişdir. 14  Ağamızın Yəhuda qəbiləsindən gəldiyi hamıya məlumdur. Ancaq Musa kahinlərdən danışarkən bu qəbilə barəsində heç bir şey deməmişdi. 15  Bütün bunlardan daha aydın görünür ki, Melxisedeqə bənzər başqa bir kahin meydana çıxır. 16  O, insan üçün verilmiş əmr sayəsində yox, məhvolunmaz həyat qüvvəsi sayəsində kahin oldu. 17  Çünki Müqəddəs Yazılarda onun haqqında deyilir: «Sən Melxisedeqə bənzər əbədi kahinsən». 18  Deməli, zəifliyi və əlverişsizliyi ucbatından əvvəlki əmr ləğv olunur. 19  Çünki Qanun heç nəyi kamil etmədi. Kamillik daha yaxşı ümidin verilməsi ilə mümkün oldu. Bu ümidin sayəsində biz Allaha yaxınlaşırıq. 20  Allah bu kahinliyi andla verdiyi üçün 21  (çünki kahinlik vəzifəsini alanlar çoxdur, ancaq Allah onlardan ötrü and içməmişdi. O, tək bir şəxs haqqında and içmişdi: «Yehova and içib və peşman olmayacaq. “Sən əbədilik kahinsən”, — deyib»), 22  İsa daha yaxşı əhdə zamin oldu. 23  Bundan əlavə, kahinlər ölüm ucbatından bir-birini əvəz etməli olurdular, 24  ancaq o, əbədi yaşadığı üçün, onun kahinlik vəzifəsində xələfi olmayacaq. 25  Bu o deməkdir ki, İsa onun vasitəsilə Allaha yaxınlaşanların tam xilasını təmin edə bilər, çünki o, əbədi yaşayan havadardır. 26  Biz məhz bu cür: sədaqətli, məsum, pak, günahla ləkələnməmiş, göylərdən də uca bir baş kahinə möhtacıq. 27  Onun digər baş kahinlər kimi, hər gün həm özünün, həm də xalqın günahlarına görə qurban təqdim etməsinə ehtiyac yoxdur (çünki o öz canını qurban verməklə bu ehtiyacı birdəfəlik aradan qaldırdı), 28  çünki Qanun zəifliyə məruz insanları baş kahin təyin edir, ancaq Qanundan sonra gəlmiş and sözü əbədilik kamilləşmiş Oğulu baş kahin təyin etmişdir.

Haşiyələr