Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

İbranilərə 6:1—20

6  Buna görə də gəlin Məsih haqqındakı ibtidai təlimləri arxada qoyub, yetkinliyə doğru irəliləyək və ölümə aparan işlərdən tövbə, Allaha iman,  suya batırma ayini, əl qoyma ayini, ölülərin dirilməsi və əbədi hökm haqqındakı təlimlərlə yenidən bünövrə qoymayaq.  Mən əminəm ki, Allahın izniylə yetkinliyə yetişəcəyik.  Çünki bir dəfə həqiqətlə nurlanmış, səmavi ənamı dadmış, müqəddəs ruhu qəbul etmiş,  Allahın misilsiz sözünü və gələcək dövrlərin qüdrətini dadmış,  lakin sonra imandan dönmüş adamları yenidən tövbəyə gətirmək qeyri-mümkündür. Çünki onlar Allahın Oğlunu yenidən dirəkdə edam edib aləmdə rüsvayçılığa düçar etmiş olurlar.  Misal üçün, torpaq bolluca yağan yağışı canına hopdurur, sonra əkinçi üçün qidaya yararlı bitki yetişdirir və əvəzində Allahdan bərəkət alır.  Yox əgər tikan və qanqal yetişdirirsə, tərk edilir, onu lənət gözləyir, axırda isə yandırılır.  Əzizlərim, bu cür danışsaq da, əminik ki, xilasa çatmaq üçün siz daha yaxşı vəziyyətdəsiniz. 10  Axı Allah ədalətsiz deyil ki, keçmişdə və indi müqəddəslərə xidmət edərək Onun adına bəslədiyiniz məhəbbəti və çəkdiyiniz zəhməti unutsun. 11  Arzumuz budur ki, hər biriniz əvvəlki şövqlə xidmət edərək ümidinizin həyata keçəcəyinə olan tam əminliyi axıradək qoruyub saxlayasınız. 12  Beləcə, tənbəlləşməyib, vədləri iman və səbirlə miras alanlardan nümunə götürəcəksiniz. 13  Allah İbrahimə vəd verəndə Özündən böyük bir kimsə mövcud olmadığı üçün Öz varlığına and içərək 14  dedi: «Mən mütləq sənə xeyir-dua verəcəyəm, mütləq nəslini çoxaldacağam». 15  İbrahim bu vədi səbir göstərəndən sonra aldı. 16  İnsanlar özlərindən böyük varlığa and içirlər, onların andı mübahisələrə son qoyur, belə ki, onlara hüquqi zəmanət verir. 17  Eynilə də, Allah vəd varislərinə Öz niyyətinin dəyişməzliyini daha tutarlı sübutla nümayiş etdirmək qərarına gələrək and içdi. 18  Beləcə, Allahın yalan danışması mümkün olmayan bu iki dəyişməz şey sayəsində Onun sığınacağına qaçmış bizlər, ürəklənib qarşımızdakı ümiddən bərk-bərk yapışa bilərik. 19  Biz həyatımızı bu ümidə bağlamışıq. Bu ümid bizim üçün etibarlı və möhkəm gəmi lövbəri kimidir və pərdənin o biri tərəfinə keçir. 20  Oraya bizim uğrumuzda girən sələfimiz İsa, Melxisedeqə bənzər əbədilik baş kahin oldu.

Haşiyələr