Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

İbranilərə 5:1—14

5  İnsanlar arasından seçilən hər bir baş kahin bəxşiş və günahlara görə qurban təqdim etmək üçün insanların rifahından ötrü Allahın qarşısında xidmətə təyin edilir.  Onun özünün də zəiflikləri olduğu üçün o, bilmədən günah iş tutan adamlarla mülayimcəsinə davranmağı bacarır.  Buna görə də o həm özünün, həm də xalqın günahlarından ötrü qurban təqdim etməli olur.  İnsan bu şərəfə özü-özündən yox, Harun kimi, Allah tərəfindən dəvət alanda layiq görülür.  Eynilə, Məsih də şərəfli baş kahin vəzifəsinə özü-özünü təyin etmədi, ona xitabən: «Sən Mənim oğlumsan. Bu gün sənə Ata oldum», — deyən onu bu şərəfə layiq gördü.  Başqa bir yerdə isə belə deyir: «Sən Melxisedeqə bənzər əbədi kahinsən».  Məsih yer üzündə yaşadığı günlərdə onu ölümdən qurtarmağa qadir olan Allaha fəryad etmiş, göz yaşları ilə yalvarmış, diləmişdi və Allahdan qorxduğuna görə duaları eşidilmişdi.  O, Allahın Oğlu olsa da, çəkdiyi əzablar sayəsində itaətli olmağı öyrəndi  və kamilliyə yetişəndən sonra ona itaət edən insanların əbədi xilasına zamin durdu, 10  çünki Allah onu Melxisedeqə bənzər baş kahin adlandırdı. 11  Onun barəsində hələ çox şey demək olar, amma zehniniz kütləşdiyi üçün bunu izah etmək müşkül məsələdir. 12  İmanda olduğunuz müddəti nəzərə alsaq, siz gərək çoxdan müəllim olaydınız, ancaq siz elə bir vəziyyətdəsiniz ki, kimsə sizə lap başdan Allahın müqəddəs sözləri ilə bağlı ibtidai təlimləri yenidən öyrətməlidir. İndi sizə bərk qida yox, süd lazımdır. 13  Südlə qidalanan adam salehlik haqqındakı sözlə tanış deyil, çünki hələ körpədir. 14  Bərk qida isə yetkin adam üçündür. Belə adam qavrayışını daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirib.

Haşiyələr