Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

İbranilərə 4:1—16

4  Beləliklə, Allahın dinclik gününə yetişmək vədi hələ qüvvədə ikən, diqqətli olaq ki, nalayiq davranıb bu imkanı əldən buraxmayaq.  Xoş xəbər onlara təbliğ olunduğu kimi, bizə də təbliğ olunub. Lakin onlar eşitdikləri sözdən bəhrələnmədilər, çünki onların imanı itaət edənlərin imanı kimi güclü deyildi.  İman edən bizlər dinclik gününə yetişəcəyik, axı O deyib: «Mən qəzəblənib and içdim: “Onlar dinclik günümə yetişməyəcəklər”», hərçənd O, işlərini bəşər nəsli dünyaya gəlməzdən* əvvəl bitirib.  Bir yerdə yeddinci gün haqqında belə deyilir: «Allah bütün işlərini bitirib yeddinci gündə dincəldi»  və yenə təkrar edir: «Onlar dinclik günümə yetişməyəcəklər».  Beləliklə, xoş xəbəri ilk eşidənlər itaətsizlik ucbatından dinclik gününə yetişmədilər. Ancaq bəziləri hələ dinclik gününə yetişməlidirlər deyə,  O, xeyli vaxtdan sonra Davudun dili ilə məzmurda «bu gün» deyərək yenidən təyin etdiyi bir günə işarə edir. Necə ki, yuxarıda deyilib: «Bu gün Onun səsini eşidirsinizsə, ürəyinizi inadkar etməyin».  Yeşua onları dinclik yerinə gətirsəydi, Allah artıq başqa bir gün haqqında danışmazdı.  Deməli, Allahın xalqını hələ şənbə istirahəti gözləyir. 10  Allah bütün işlərindən dincəldiyi kimi, Allahın dinclik gününə yetişmiş adam da bütün işlərindən dincəlir. 11  Buna görə də gəlin bu dinclik gününə yetişmək üçün var gücümüzlə çalışaq və diqqətli olaq ki, heç kəs günah işləyib onlar kimi, itaətsizlik yoluna düşməsin. 12  Çünki Allahın sözü canlı və qüdrətlidir; o, hər cür ikiağızlı qılıncdan itidir və o qədər dərinə işləyir ki, bədənlə ruhu, oynaqlarla iliyi bir-birindən ayırır, ürəyin düşüncə və niyyətlərini üzə çıxarır. 13  Onun gözündən kənarda qalan məxluq yoxdur, hər şey apaçıq Onun gözü önündədir. Biz Ona cavab verəcəyik. 14  Beləliklə, göylərə daxil olmuş Allahın Oğlu İsanın şəxsində ali baş kahinimiz var deyə, gəlin durmadan ona gətirdiyimiz imanı bəyan edək. 15  Çünki o, elə bir baş kahin deyil ki, zəifliklərimizi anlaya bilməsin, bizə canı yanmasın, axı o da bizim kimi, hər cəhətdən sınanıb, lakin günah etməyib. 16  Buna görə də gəlin cəsarətlə danışaraq lütf taxtına yaxınlaşaq ki, Allahdan mərhəmət görüb vaxtında kömək almaq üçün lütf tapaq.

Haşiyələr

Hərfən «toxum axıdılandan bəri». Adəmlə Həvvanın dünyaya uşaq gətirməsi nəzərdə tutulur