Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

İbranilərə 3:1—19

3  Göylər dəvətinə layiq görülmüş müqəddəs qardaşlar, baş kahin və elçi kimi qəbul etdiyimiz İsa haqqında düşünün.  Allahın bütün evində* sadiq olmuş Musa kimi, İsa da onu bu mövqeyə yüksəltmiş Allaha sadiq idi.  O, Musadan da böyük şöhrətə layiq görüldü, necə ki, memar tikdiyi evdən daha böyük şöhrətə layiq görülür.  Əlbəttə, hər bir ev kimsə tərəfindən tikilir, hər şeyi tikən isə Allahdır.  Musa bir xidmətçi kimi Allahın evində sadiq idi və onun xidməti gələcəkdə aşkar ediləcək şeyləri təmsil edirdi.  Məsih də bir Oğul kimi Allahın evi üzərində rəhbərlik edərkən sadiq idi. Biz Allahın eviyik, bu şərtlə ki, axıradək cəsarətlə danışıb öyündüyümüz ümidə bərk-bərk sarılaq.  Buna görə də müqəddəs ruh vasitəsilə deyildiyi kimi: «Bu gün Onun səsini eşidirsinizsə,  ürəyinizi inadkar etməyin, necə ki, əcdadlarınız səhrada sınaq vaxtı Onu qəzəbləndirmişdilər.  Onlar səhrada Məni sınayır, imtahana çəkirdilər, halbuki qırx il ərzində gördüyüm işlərin şahidi olmuşdular. 10  Bu səbəbdən ürəyim o nəsildən ikrah etdi və dedim: “Onların ürəyi həmişə yolumdan dönür, onlar Mənim yollarımı tanımırlar”. 11  Mən qəzəblənib and içdim: “Onlar dinclik günümə yetişməyəcəklər”». 12  Qardaşlar, ehtiyatlı olun ki, heç birinizin ürəyi var olan Allahdan uzaqlaşaraq korlanıb imansız olmasın. 13  Nə qədər ki «bu gün» deyilən vaxt davam edir, hər gün bir-birinizə nəsihət verin ki, heç kəsin ürəyi günahın gücü ilə tovlanıb sərtləşməsin. 14  Başlanğıcda bizdə olan qətiyyəti sonadək qoruyub saxladığımız təqdirdə, Məsihlə ortaq olacağıq. 15  Çünki: «Bu gün Onun səsini eşidirsinizsə, ürəyinizi inadkar etməyin, necə ki, əcdadlarınız Onu qəzəbləndirmişdilər». 16  Səsini eşidə-eşidə Onu kim qəzəbləndirirdi? Məgər Musanın rəhbərliyi altında Misirdən çıxanların hamısı bunu etmirdi? 17  Bundan əlavə, Allah qırx il ərzində kimə qarşı ikrah duyurdu? Məgər Onun ikrah duyduğu adamlar günah işləyib səhrada ölənlər deyildi? 18  Allah itaətsizlik edənlərdən başqa kimə and içib demişdi ki, Onun dinclik gününə yetişməyəcəklər? 19  Gördüyümüz kimi, onlar inamsızlıq ucbatından o günə yetişə bilmədilər.

Haşiyələr

Yəni Allahın yığıncağında