Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

İbranilərə 2:1—18

2  Buna görə də eşitdiklərimizə xüsusilə diqqətli olmalıyıq ki, axın bizi başqa səmtə aparmasın.  Axı mələklər vasitəsilə verilmiş söz danılmaz idisə, hər cür cinayət və itaətsizlik ədalətlə cəzalandırılırdısa,  belə bir möhtəşəm xilasa laqeyd yanaşsaq, cəzadan necə qaça biləcəyik? Bu xilas haqqında ilk dəfə Ağamız danışıb və onu eşidənlər bunu bizə təsdiq etmişlər.  Allah da müqəddəs ruhu Öz iradəsinə görə paylayaraq, möcüzələr, əlamətlər və müxtəlif qüdrətli işlər vasitəsilə buna şəhadət etmişdir.  Axı haqqında danışdığımız gələcək yer üzünü Allah mələklərə tabe etməyib.  Lakin bir nəfər nə vaxtsa belə şəhadət etmişdi: «İnsan kimdir ki, onun haqqında düşünürsən və bəşər oğlu nədir ki, onun qayğısını çəkirsən?  Sən onu mələklərdən bir az aşağı endirdin, sonra başına şərəf və izzət tacı qoydun, onu əllərinin işi üzərinə təyin etdin.  Hər şeyi ona tabe edib ayaqları altına qoydun». Allah hər şeyi ona tabe edərək tabe edilməmiş bir şey qoymadı. Hərçənd hər şeyin ona tabe olduğunu hələ görməsək də,  mələklərdən bir az aşağı endirilmiş, əzab çəkib ölmüş və buna görə başına şərəf və izzət tacı qoyulmuş İsanı görürük. O, Allahın lütfü ilə hər kəsin əvəzinə ölümü daddı. 10  Hər şey Allah üçündür və hər şey Onun vasitəsilə mövcuddur. Allahın gözündə məqbul göründü ki, bir çox oğulu şöhrətə çatdırmaq üçün onların xilasının Öndərini əzablar vasitəsilə kamilliyə yetişdirsin. 11  Çünki müqəddəs edən də, müqəddəs edilənlər də bir Atadandır. Buna görə də o, onlara «qardaşlarım» deməyə utanmır, 12  axı belə deyir: «Adını qardaşlarıma bəyan edəcəyəm, yığıncağın içində Səni nəğmələrdə tərənnüm edəcəyəm». 13  Həmçinin yazılıb: «Ona güvənəcəyəm». Bundan əlavə deyir: «Budur, mən və Yehovanın mənə verdiyi övladlar». 14  «Övladlar» bəni-insan* olduqları üçün, o da insan oldu ki, öz ölümü ilə İblisi, ölüm silahlarının sahibini məhv etsin 15  və ömürləri boyu ölüm qorxusu ilə yaşayaraq köləlik əsarətində olanların hamısını azad etsin. 16  Çünki o, mələklərə yox, İbrahimin nəslinə kömək etmək üçün gəlmişdi. 17  Buna görə də insanların günahını örtən barışıq qurbanı təqdim etmək və Allaha xidmətdə mərhəmətli və sadiq baş kahin olmaq üçün o, hər şeydə «qardaşlarına» oxşamalı idi. 18  O, sınaq vaxtı əzab çəkdiyi üçün sınaqlarla üzləşənlərin də imdadına yetişməyə qadirdir.

Haşiyələr

Hərfən «ətdən və qandan»