Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

İbranilərə 12:1—29

12  Bu cür böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün gəlin bizə ağırlıq edən hər şeyi və ayaqlarımıza dolaşan günahı əynimizdən çıxaraq və dözümlə qaçaraq qarşımızdakı məsafəni qət edək.  Eyni zamanda gözümüzü imanımızın Öndəri və kamilləşdirəni İsadan ayırmayaq. O, qarşıda onu gözləyən sevincə görə rüsvayçılığa məhəl qoymayıb işgəncə dirəyində çəkdiyi əzablara dözdü və Allahın taxtının sağında əyləşdi.  Bəli, öz zərərinə danışan günahlıların ədavətli sözlərinə dözən İsa haqqında ciddi düşünün ki, yorulub ruhdan düşməyəsiniz.  Siz bu günahla mübarizədə hələ qanınız axana qədər döyüşməmisiniz.  Ancaq sizə «oğlum» deyə müraciət edilərək verilmiş nəsihəti tamamilə yaddan çıxarmısınız: «Oğlum, Yehovanın verdiyi öyüd-nəsihəti qulaqardına vurma, O, səni tənbeh edəndə ruhdan düşmə.  Çünki Yehova kimi sevirsə, onu tərbiyə edir, lazım gəlsə, oğul kimi qəbul etdiyi hər kəsi qamçı ilə döyür».  Göstərdiyiniz dözüm tərbiyə almağınıza xidmət edir. Allah sizinlə öz oğulları kimi davranır. Məgər elə oğul var ki, atası onu cəzalandırmasın?  Ancaq əgər siz, hamı kimi, cəza almırsınızsa, onda oğul yox, qeyri-qanuni doğulmuş övladsınız.  Bizim cismani atalarımız da bizə cəza vermişlər və biz onlara hörmət qoymuşuq. Elə isə, məgər bizə ruhani həyat verən Atamıza daha böyük istəklə itaət edib yaşamamalıyıq? 10  Atalarımız qısa müddət ərzində və düzgün saydıqları şəkildə bizə cəza vermişlər, Allah isə bunu bizim xeyrimiz üçün edir ki, Onun müqəddəsliyinə qovuşaq. 11  Düzdür, cəza o anda insana sevinc yox, qəm gətirir. Amma sonradan ondan ibrət götürənlərdə sülhün bəhrəsi olan salehlik yetişdirir. 12  Buna görə də yana düşmüş qolları və zəif dizləri gücləndirin, 13  düz yoldan ayrılmayın ki, axsağın ayağı burxulmasın, əksinə, sağalsın. 14  Hamıyla sülhdə olmağa çalışın və müqəddəsliyə can atın, çünki bunsuz heç kəs Rəbbi görə bilməz. 15  Diqqətli olun ki, heç kəs Allahın lütfündən məhrum olmasın, aranızda zəhərli kök boy atıb sizin üçün çətinlik yaratmasın və bir çoxlarını murdarlamasın. 16  Qoymayın ki, içinizdə əxlaqsız, yaxud Esav kimi, müqəddəs şeyləri qiymətləndirməyən adam olsun. O, bir qarın yeməkdən ötrü ilk oğulluq haqqından keçdi. 17  Siz bilirsiniz ki, o, sonradan xeyir-duanı miras almaq istəyəndə rədd edilmişdi. O, göz yaşı töküb atasının qərarını dəyişdirməyə çalışsa da bu, artıq mümkün deyildi. 18  Siz əllə toxunulub duyulan, alovlanan dağa, qara buluda, qatı zülmətə, yaxud tufana, 19  şeypur səsinə və danışan səsə yaxınlaşmamısınız. Xalq o səsi eşidəndə yalvarmışdı ki, səs onlara bir söz deməsin. 20  Çünki «dağa toxunan heyvan daşqalaq edilməlidir» əmri onları vahiməyə salmışdı. 21  Bu mənzərə elə qorxulu idi ki, Musa: «Mən qorxudan əsirəm», — demişdi. 22  Ancaq siz Sion dağına, var olan Allahın şəhəri səmavi Yerusəlimə və on minlərlə mələkdən ibarət 23  izdihama, adları göydə yazılmış ilkinlərin yığıncağına, hər kəsin Hakimi olan Allaha, kamilliyə çatdırılmış salehlərin ruhani həyatına, 24  yeni əhdin vasitəçisi İsaya və Habilin qanından daha yaxşı danışan çiləmə qanına yaxınlaşdınız. 25  Diqqətli olun ki, danışanın səsinə itaətsizlik göstərməyəsiniz. Əgər Allahdan gələn xəbərdarlıqları yer üzündə bəyan edənə itaətsizlik göstərənlər xilas olmadılarsa, görün göydən danışandan üz döndərsək, başımıza nələr gələr?! 26  O vaxt Allahın səsi yer üzünü lərzəyə gətirmişdi, indi isə O, belə vəd edir: «Bir də lərzəyə gətirəcəyəm, özü də tək yeri yox, göyü də lərzəyə gətirəcəyəm». 27  «Bir də» ifadəsi Allah tərəfindən yaradılmamış şeylərin sarsılıb yox ediləcəyini bildirir. Beləcə, sarsılmamış şeylər qalacaq. 28  Deməli, sarsılmaz bir padşahlıq alacağımızı bilərək, gəlin bundan sonra da Allahın lütfünə layiq yaşayaq, axı biz bu lütf sayəsində, həmçinin qorxu və dərin ehtiramla Allaha Onun bəyəndiyi tərzdə ibadət edə bilərik. 29  Çünki Allahımız, eyni zamanda, yandırıb külə çevirən alovdur.

Haşiyələr