Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

İbranilərə 10:1—39

10  Qanunda gələcək xeyir-duaların əsli yox, kölgəsi olduğundan insanlar hər il gətirdikləri eyni qurbanlarla Allaha ibadət edənləri kamilliyə çatdıra bilməzlər.  Belə olsaydı, məgər qurban gətirməyə son qoyulmazdı? Axı müqəddəs xidməti icra edənlər həmişəlik təmizlənsəydilər, artıq günahlı olduqlarını dərk etməzdilər*.  Əksinə, bu qurbanlar günahın hökm sürdüyünü hər il insanlara xatırladır,  çünki öküzlərin və keçilərin qanı günahları heç cür yuya bilməz.  Buna görə də Məsih dünyaya daxil olanda Allaha belə demişdi: «Sən qurban və təqdim istəmədin, lakin mənə bədən hazırladın.  Yandırma və günah qurbanları Sənə məqbul deyildi.  Onda mən dedim: “Ey Allahım, budur, Müqəddəs Yazılarda haqqımda yazıldığı kimi, Sənin iradəni yerinə yetirməyə gəlmişəm”».  O, əvvəlcə: «Sən qurban və təqdim, həmçinin yandırma və günah qurbanları istəmədin, Qanuna görə təqdim edilən bu qurbanlar Sənə məqbul olmadı», — dedi və  sonra əlavə etdi: «Budur, Sənin iradəni yerinə yetirməyə gəlmişəm». Beləliklə, o, birincini ləğv edib ikincini təsis edir. 10  Bu «iradəyə» əsasən, biz İsa Məsihin bədəninin təqdim edilməsi sayəsində birdəfəlik müqəddəs edildik. 11  Bundan başqa, kahinlər dönə-dönə eyni qurbanları gətirərək günbəgün insanlardan ötrü xidmət edirlər, çünki bu qurbanlar heç vaxt günahları tamamilə yuya bilməyəcək. 12  Bu adam isə günahları yumaq üçün əbədi dəyəri olan bir qurban gətirərək Allahın sağında əyləşdi və 13  o vaxtdan bəri düşmənlərinin kətil kimi ayaqları altına qoyulmasını gözləyir. 14  O, cəmi bir qurbanla müqəddəs etdiyi adamları əbədilik kamilliyə yetişdirdi. 15  Müqəddəs ruh da bizə zəmanət verir: 16  «Yehova bəyan edir: “O günlərdən sonra onlarla bağlayacağım əhd budur: qanunlarımı ürəklərinə qoyacağam, zehinlərində yazacağam”» 17  və sonra əlavə edir: «Onların günahlarını və haqsız əməllərini bir daha yadıma salmayacağam». 18  Günah bağışlanıbsa, artıq günah üçün qurban gətirməyə ehtiyac qalmır. 19  Buna görə də qardaşlar, İsanın qanı sayəsində biz Ən Müqəddəs yerə cəsarətlə girə bilərik. 20  Çünki o, pərdədən keçərək, yəni bədəni vasitəsilə bizim üçün yeni və canlı bir yol açdı. 21  Allahın evi üzərində bu cür böyük kahin durduğu üçün, 22  gəlin sidqi-ürəkdən və imandan doğan tam qətiyyətlə Allaha yaxınlaşaraq bədənimizi saf su ilə yuyub, ürəyimizi natəmiz vicdandan təmizləyək*. 23  Həmçinin tərəddüd etmədən və durmadan ümidimizi aləmdə bəyan edək, çünki vəd edən sözünə sadiqdir. 24  Gəlin bir-birimizə qarşı diqqətcil olub bir-birimizi məhəbbətə və xeyirxah işlərə təşviq edək, 25  bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan qalmayaq, əksinə, o günün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq. 26  Unutmayaq ki, əgər biz həqiqət barəsində dəqiq biliyə yiyələnəndən sonra bilə-bilə günah işləyiriksə, artıq günah üçün qurban qalmır, 27  lakin hökmün dəhşətli intizarı və əleyhdarları yandırıb-yaxacaq odlu-alovlu qəzəb qalır. 28  Musanın qanununu rədd etmiş adama rəhm edilmir, ona iki və ya üç şahidin şəhadəti ilə ölüm cəzası kəsilir. 29  Elə isə görün Allahın Oğlunu tapdaq altına salan, müqəddəs edildiyi əhdin qanını bir heç sayan, lütf ruhunu təhqir edib qəzəbləndirən adam necə ağır cəzaya layiq görüləcək! 30  Axı biz: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm», həmçinin: «Yehova xalqına hökm kəsəcək», — deyəni tanıyırıq. 31  Bəli, var olan Allahın əlinə düşmək, doğrudan da, dəhşətlidir! 32  Həqiqət sizi nurlandırandan sonra əziyyətlərə qatlaşaraq böyük mübarizədə dözüm göstərdiyiniz əvvəlki vaxtları xatırlayın. 33  Siz camaat qarşısında* təhqirlərə, zülmlərə məruz qalmış, yaxud bu cür cəfa çəkənlərin dərdinə şərik olmuşdunuz. 34  Siz həbsxanada olanların halına acımışdınız, həmçinin var-yoxunuz talananda buna sevinclə yanaşmışdınız, çünki daha yaxşı və əbədi əmlaka sahib olduğunuzu bilirdiniz. 35  Buna görə də sonadək cəsarətlə danışın, bunun böyük mükafatı var. 36  Allahın iradəsini yerinə yetirib, Onun vədinin icrasını görmək üçün siz gərək dözümlü olasınız. 37  Çünki «lap az» qalıb və «gəlişini gözlədiyimiz şəxs gələcək, ləngiməyəcək». 38  «Mənim saleh xidmətçim imanı sayəsində yaşayacaq» və «əgər geri çəkilərsə, qəlbim ondan razı qalmayacaq». 39  Biz isə geri çəkilənlərdən deyilik, çünki belələrinin aqibəti məhvdir. Bizdə həyatımızı qorumaq üçün iman var.

Haşiyələr

Yaxud «törətdikləri günahlara görə vicdan əzabı çəkməzdilər»
Hərfən «[İsanın qanını] çiləyək»
Hərfən «sanki teatrdaymış kimi»