Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

İbranilərə 1:1—14

1  Allah keçmişdə dəfələrlə və müxtəlif yollarla ulu atalarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdir,  bu günlərin sonunda isə bizə Oğlu vasitəsilə müraciət edib. Onun vasitəsilə Allah dövrləri yaradıb və onu hər şeyin varisi təyin edib.  Oğul Allahın əzəmətinin inikasıdır və öz simasında Allahın şəxsiyyətini dəqiqliklə əks etdirir, həmçinin hər şeyi Onun qüdrətli sözü ilə saxlayır. O, bizi günahdan təmizləyəndən sonra yüksəklərdə, əzəmət sahibi olan Allahın sağında əyləşdi.  Buna görə də mələklərdən daha üstün ad qazandığı üçün onların mövqeyindən də uca mövqe tutdu.  Allah mələklərdən hansına: «Sən Mənim oğlumsan. Bu gün sənə Ata oldum», — deyib? Həmçinin: «Mən ona Ata, o da Mənə oğul olacaq», — deyib?  Allah ilkin Oğlunu yenidən yer üzünə göndərəndə belə deyir: «Qoy Allahın bütün mələkləri ona təzim etsinlər».  Həmçinin mələklər barəsində belə deyilir: «O, mələklərini külək kimi güclü edir*, insanların rifahına çalışan bu xidmətçilərini od-alov edir».  Oğul barəsində isə yazılıb: «Allah əbədiyyət boyu taxtın olacaq, sənin şahlıq əsan doğruluq əsasıdır.  Sən salehliyi sevdin, pisliyə nifrət etdin. Buna görə də Allah, sənin Allahın səni yoldaşlarından daha çox şadlıq yağı ilə məsh etdi». 10  Həmçinin deyilir: «Ey Ağamız, yerin bünövrəsini əzəldən sən qurmusan, göylər də əlinin işidir. 11  Onlar yox olub gedəcək, sən isə həmişə var olacaqsan. Onlar paltar kimi köhnələcək və 12  sən onları bürüncəyi, yaxud paltarı bükən kimi bükəcəksən. Onlar dəyişəcək, sən isə dəyişməz qalacaqsan, illərin tükənməyəcək». 13  O, mələklərdən hansına: «Düşmənlərini kətil kimi ayaqlarının altına qoyanadək sağımda otur», — deyib? 14  Məgər onların hamısı xilası miras alacaq adamlara xidmət etmək üçün göndərilən xidmətçi ruhani varlıqlar deyillər?

Haşiyələr

Hərfən «ruhani varlıq edir», yunanca pneuma, 6–cı Əlavəyə bax