Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 7

Görüşlərimiz necə keçir?

Görüşlərimiz necə keçir?

Yeni Zelandiya

Yaponiya

Uqanda

Litva

İsa peyğəmbərin birinci əsrdəki davamçıları yığıncaqda dua edir, Müqəddəs Yazıları oxuyub müzakirə edir və Allahı nəğmələrdə tərənnüm edirdilər. O görüşlərdə heç bir ritual ayinlər icra olunmurdu (1 Korinflilərə 14:26). Bugünkü yığıncaqlar da buna bənzər tərzdə keçir.

Allahın Kəlamı tədris olunur və aktuallığı göstərilir. Həftənin axırı iki hissədən ibarət görüş keçirilir. Açıq görüş adlanan birinci hissədə Müqəddəs Kitaba əsaslanan 30 dəqiqəlik məruzə söylənilir. Məruzədə Allahın Kəlamının dövrümüz haqda dedikləri və orada yazılan öyüdlərin faydası açıqlanır. Hamı oxunan ayələri izləyir. Məruzədən sonra «Gözətçi qülləsi» müzakirəsi başlayır və bir saat ərzində dinləyicilərin iştirakı ilə «Gözətçi qülləsi» jurnalının təlim nəşrindən bir məqalə müzakirə olunur. Bu məqalələr bizə kömək edir ki, addımlarımızı Allahın Kəlamını rəhbər tutaraq ataq. Bütün dünyada sayı 118 000-dən çox olan yığıncaqlarda eyni material keçirilir.

Təlim bacarıqlarına yiyələnirik. Həftəiçi üç hissədən ibarət başqa bir görüş keçirilir. Məsihi həyatı və ibadəti adlanan bu görüş hər ay çıxan «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndəki materiala əsaslanır. Görüşün birinci hissəsi «Allahın Kəlamındakı xəzinə» adlanır. Bu hissə yığıncağın qabaqcadan Müqəddəs Kitabdan oxuduğu parçanı daha yaxşı mənimsəməyə kömək edir. Görüşün «Səriştəli müjdəçi olun» adlı növbəti hissəsində səhnəciklər olur. Bu hissədə insanlarla Müqəddəs Kitab əsasında söhbət etməyin üsulları göstərilir. Bu görüşü aparan qardaşın verdiyi məsləhətlər bizə oxumaq və danışmaq qabiliyyətimizi təkmilləşdirməyə kömək edir (1 Timutiyə 4:13). «Məsihi həyatı» adlanan sonuncu hissədə Müqəddəs Kitab prinsiplərini gün dəlik həyatımızda necə tətbiq edə biləcəyimiz müzakirə olunur. Bu hissəyə Müqəddəs Kitabı daha dərindən başa düşmək üçün sual-cavab şəklində aparılan bənd də daxildir.

Biz əminik ki, görüşlərimizə gəlsəniz, Müqəddəs Kitabın yüksək səviyyədə tədris olunduğunu görəcəksiniz (Əşiya 54:13).

  • Yehovanın Şahidlərinin görüşləri necə keçir?

  • Hansı görüşdə iştirak etmək istəyərdiniz?

Əlavə məlumat

İBADƏT GÖRÜŞLƏRİ

İbadət görüşlərimiz necə keçirilir?

Gəlin, öz gözünüzlə görün.

TEZ-TEZ VERİLƏN SUALLAR

Yehovanın Şahidlərinin yığıncaqları necə təşkil edilib?

Yığıncaq vasitəsilə rəhbərlik və təlimatları necə aldığımızı bilmək istəyirsinizsə, buyurun, öyrənə bilərsiniz.