Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 2

«Yehovanın Şahidləri». Bu ad haradandır?

«Yehovanın Şahidləri». Bu ad haradandır?

Nuh peyğəmbər

İbrahim peyğəmbər və arvadı Sara

Musa peyğəmbər

İsa peyğəmbər

«Yehovanın Şahidləri» yeni yaranmış dinin adı deyil. Hələ 2700 il qabaq Yehova Allahın xidmətçiləri Onun «şahidləri» adlanırdılar (Əşiya 43:10—12). 1931-ci ilə qədər «Müqəddəs Kitab Tədqiqatçıları» adlanan təşkilat həmin ildən etibarən «Yehovanın Şahidləri» adlanır. Bəs nəyə görə məhz «Yehovanın Şahidləri»?

Allahın adını daşıyırıq. Yehova Allahın adıdır. Müqəddəs Kitabın qədim əlyazmalarında Allahın adına yeddi min dəfə rast gəlinir. Müqəddəs Kitabı tərcümə edərkən bəzi tərcüməçilər Yehova adını Rəbb, Xudavənd və ya Allah sözləri ilə əvəz ediblər. Halbuki Allah Öz adını Musa peyğəmbərə açıqlayarkən demişdi: «Adım əbədilik budur» (Çıxış 3:15). Bununla Yehova Allah Özünü yalançı tanrılardan ayırmışdı. Biz fəxr edirik ki, Allahın müqəddəs adını daşıyırıq.

Fəaliyyətimizin məqsədini açıqlayır. Ta qədimdən başlayaraq, əsrlər boyunca Allahın sadiq bəndələri Onun barəsində şəhadət vermişlər. Onların sırasında Habil, Nuh, İbrahim, Sara, Musa, Davud və digər mübarək insanların adını çəkmək olar. Onlar Allahın Kəlamında «şahidlər buludu» adlanır (İbranilərə 11:4—12:1). Məhkəmədə görüb-eşitdiklərini söyləyən şahid kimi, biz də Allah haqqında öyrənib-bildiyimiz şeyləri söyləyirik.

İsa peyğəmbərin qoyduğu yolla gedirik. Allahın Kəlamında İsa peyğəmbər «sadiq və həqiqi şahid» adlanır (Vəhy 3:14). O, insanlara Allahın adını açır və Onun barəsində şəhadət verirdi (Yəhya 17:26; 18:37). Buna görə İsa peyğəmbərin qoyduğu yolla gedən adamlar Yehova Allahı təmsil etməli və Onun adını bəyan etməlidirlər. Yehovanın Şahidləri də elə bu məqsədə xidmət edirlər.

  • Nəyə görə «Müqəddəs Kitab Tədqiqatçıları» «Yehovanın Şahidləri» adını qəbul etdilər?

  • Yehova Allah barədə şəhadət verən insanlar nə vaxtdan mövcuddur?

  • Biz kimdən örnək alaraq Yehova Allah barədə şəhadət veririk?