Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 28

İnternet saytımızdan istifadə edin

İnternet saytımızdan istifadə edin

Fransa

Polşa

Rusiya

İsa Məsih davamçılarına demişdi: «Qoy sizin... nurunuz insanların qarşısında parlasın ki, onlar yaxşı işlərinizi görüb göydəki Atanızı mədh etsinlər» (Mətta 5:16). Bu sözlərin gerçəkləşməsi üçün biz müasir texniki vasitələrdən, o cümlədən internetdən istifadə edirik. Bizim rəsmi internet saytımızdan (www.jw.org) etiqadımız və fəaliyyətimiz haqqında məlumat ala bilərsiniz. Gəlin saytımızla tanış olaq.

Vacib suallara Müqəddəs Kitabdan cavab. Burada siz insanları maraqlandıran həyati vacib sualların cavabını tapa bilərsiniz. Misal üçün, «Dərd-sər nə vaxtsa bitəcək?»«Ölülərin dirilməsi mümkündürmü?» bukletləri 600-dən çox dildə elektron formatda var. Bundan əlavə, saytımızda 130-dan çox dildə «Yeni Dünya Tərcüməsi», həmçinin dərs vəsaitləri, «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarının cari sayları yerləşir. Bu nəşrlərin çoxunu saytın özündən oxuya və ya qulaq asa bilərsiniz, həmçinin onları MP3, PDF, EPUB formatında yükləmək olar. Allahın Kəlamı ilə maraqlanan insan üçün də onun öz dilində bu nəşrlərin bir neçə səhifəsini çap edə bilərsiniz. Orada həmçinin jest dilində videolar var. Siz saytımızdan Müqəddəs Kitabın bədii qiraətini, Müqəddəs Kitaba əsaslanan tamaşaları və asudə vaxtlarınızda dinləmək üçün gözəl musiqi yükləyə bilərsiniz.

«Yehovanın Şahidləri» təşkilatı barədə düzgün məlumat. Saytımızda təşkilatımızın fəaliyyəti haqqında, təşkilatımıza aidiyyəti olan hadisələr barədə və göstərdiyimiz humanitar yardımlar haqda son xəbərlər və video çarxlar yerləşdirilir. Həmçinin oradan növbəti böyük toplantı ilə bağlı məlumat və filialların ünvanını əldə edə bilərsiniz.

Bütün bunlar vasitəsilə biz həqiqət nurunu dünyanın ən ucqar guşələrinədək saçırıq. Bütün qitələrdə, hətta Antarktidada yaşayan insanlar belə bu nurdan pay alır. Biz dua edirik ki, Yehova Allahın sözü sürətlə bütün yer üzünə yayılsın və Allahın adı ucalardan uca tutulsun! (2 Salonikililərə 3:1).

  • Müqəddəs Kitabı öyrənmək istəyənlər www.jw.org saytından necə bəhrələnə bilərlər?

  • İnternet saytımızın hansı bölməsinə baxmaq istəyərdiniz?