Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 17

Rayon nəzarətçiləri

Rayon nəzarətçiləri

Malavi

Təbliğ xidməti görüşü

Ev-ev təbliğ

Ağsaqqallarla görüş

İncildə tez-tez İsa peyğəmbərin davamçısı Barnəbanın və həvari Bulusun adı çəkilir. Onlar bir növ səyyar nəzarətçi idilər, bir-bir yığıncaqlara baş çəkir, bacı-qardaşların imanını gücləndirirdilər. Məsələn, bir dəfə həvari Bulus qardaşların vəziyyətindən xəbər tutmaq üçün qayıdıb onlara baş çəkmək istəmişdi. O, yüzlərlə kilometr yol qət etməyə hazır idi ki, təki qardaşları imanda möhkəmləndirsin (Həvarilərin işləri 15:36). Bu gün səyyar nəzarətçilərin də məqsədi budur.

Dindaşlarını ruhlandırırlar. Rayon nəzarətçisi ildə iki dəfə təxminən 20 yığıncağa baş çəkir, hər yığıncağa ziyarəti bir həftə davam edir. Yehovanın Şahidləri bu qardaşların təcrübələrindən və əgər evlidirlərsə, onların həyat yoldaşlarının nümunələrindən bəhrələnirlər. Bu qardaşlar və onların yoldaşları yığıncaqda həm cavanlarla, həm yaşlılarla tanış olur, onlarla birgə ev-ev təbliğ edir və şagird hazırlamaq işində iştirak edirlər. Bundan başqa, rayon nəzarətçiləri ağsaqqallarla birgə bacı-qardaşları ziyarət edib ruhlandırırlar. Həmçinin yığıncaqlarda və böyük toplantılarda çıxışları ilə hamını möhkəmləndirirlər (Həvarilərin işləri 15:35).

Hamı ilə maraqlanırlar. Rayon nəzarətçiləri yığıncağın vəziyyəti ilə yaxından maraqlanırlar. Onlar ağsaqqallarla və yığıncaq xidmətçiləri ilə görüşüb yığıncağın nailiyyətlərini nəzərdən keçirir və bu qardaşlara məsuliyyətləri ilə bağlı məsləhətlər verirlər. Öncüllər də onların diqqətindən kənarda qalmır. Nəzarətçilər onlara xidmətdə püxtələşməyə kömək edirlər. Bu qardaşlar yığıncağa təzə gələnlərlə də maraqlanır, onlarla tanış olur və Allahın yolunda atdıqları addımlar barədə söhbət edirlər. Rayon nəzarətçiləri güclərini əsirgəmədən bizim xeyrimiz üçün zəhmət çəkir və bizimlə çiyin-çiyinə xidmət edirlər (2 Korinflilərə 8:23). Biz də onlar kimi möhkəm imana sahib olmalı, Allaha sadiq qalmalıyıq (İbranilərə 13:7).

  • Rayon nəzarətçiləri yığıncaqlara nəyə görə baş çəkirlər?

  • Bu ziyarətlərdən siz necə bəhrələnə bilərsiniz?

Əlavə məlumat

YEHOVA ALLAHIN MÜASİR XALQI

Yehovanın Şahidlərinin böyük toplantıları

Biz ildə üç dəfə xüsusi mərasimə toplaşırıq. Nəyə görə bu toplantılarda iştirak etməyə dəyər?

YEHOVA ALLAHIN MÜASİR XALQI

Yehovanın Şahidlərinin müjdəçilik işi

Biz İsa Məsihin nümunəsini izləyirik. O, yer üzündə olarkən hansı təbliğ üsullarından istifadə edirdi?