Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 27

İbadət evinin kitabxanası

İbadət evinin kitabxanası

İsrail

Çexiya Respublikası

Benin

Kayman Adaları

Hansısa mövzu ilə bağlı əlavə məlumat almaqda kitabxananın rolu böyükdür. Allahın Kəlamı ilə bağlı mövzuları araşdırmaq üçün də ibadət evlərində kitabxana olur. Hansısa ayə, Müqəddəs Kitabda adı çəkilən yer, əşya, personaj haqqında məlumat toplamaq, yaxud sizi maraqlandıran məsələyə dair Allahın Kəlamında nə deyildiyini bilmək istəyəndə həmin kitabxanadan istifadə edə bilərsiniz.

Axtarış aparmaq üçün vəsaitlər. Çox yəqin ki, sizin evinizdə Yehovanın Şahidlərinin bütün nəşrləri yoxdur. Ancaq ibadət evlərindəki kitabxanada son nəşrlərin, demək olar ki, hamısı olur. Orada Müqəddəs Kitabın müxtəlif tərcümələrini, lüğət və başqa vəsaitləri tapa bilərsiniz. Əgər kitabxanada kompüter varsa, çox güman ki, oraya «Gözətçi qülləsinin kitabxanası» proqramı yazılıb. Bu proqrama çoxlu sayda nəşrlər daxil edilib. Proqramda həmçinin daxili axtarış sistemi mövcuddur ki, onun da vasitəsilə sizi maraqlandıran mövzunu, sözü, ayəni asanlıqla tapa bilərsiniz. Kitabxanadan istədiyiniz vaxt, görüşdən əvvəl də, sonra da istifadə edə bilərsiniz.

Kitabxananın faydası. Əgər sizə «Məsihi həyatı və ibadəti» görüşündə çıxış etmək üçün tapşırıq veriblərsə, onu hazırlayarkən kitabxananın sizə köməyi dəyə bilər. Kitabxanaya «Məsihi həyatı və ibadəti» görüşünün nəzarətçisi cavabdehdir. O, son nəşrlərin kitabxanaya əlavə edilməsinə, kitabxananın nizamla təşkil olunmasına nəzarət edir. Nəzarətçi, yaxud da sizinlə dərs keçən adam sizə lazımi məlumatı tapmağa kömək edə bilər. Lakin kitabxanadan kitab götürüb aparmaq olmaz. Həm də kitablarla səliqəli davranmaq lazımdır, onları yazmaq olmaz.

Allahın Kəlamında deyilir ki, Allahın elmini «dəfinə kimi» axtarmağa çalışmalıyıq (Məsəllər 2:1—5). Bu dəfinəni tapmaqda ibadət evindəki kitabxananın sizə böyük köməyi dəyə bilər.

  • Axtarış aparmaq üçün ibadət evinin kitabxanasında hansı vəsaitlər olur?

  • Kitabxanadan səmərəli istifadə etməkdə sizə kim kömək edə bilər?