Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 6

Dindaşlarımızla görüşmək vacibdir

Dindaşlarımızla görüşmək vacibdir

Madaqaskar

Norveç

Livan

İtaliya

Keçilməz meşə, pis hava, həyatın çətinlikləri, işdən sonrakı yorğunluq. Bunların heç biri yığıncağa getməyimizə əngəl ola bilməz. Nəyə görə biz qardaşlarımızla görüşmək üçün əlimizdən gələni edirik?

Problemləri həll etməyə kömək edir. Həvari Bulus məsləhət görmüşdü ki, yığıncağa gələnlər bir-birilərinə qarşı diqqətli olsunlar (İbranilərə 10:24). Bu ifadə «ciddi düşünmək» mənasını daşıyır. Bu o deməkdir ki, biz bir-birimizi yaxından tanımalı, bir-birimizin qayğısına qalmalıyıq. Bacı-qardaşlarımızla tanış olduqca görürük ki, bizim üzləşdiyimiz çətinliklərlə onlar da qarşılaşıblar və bunun öhdəsindən uğurla gəliblər. Biz də onların köməyilə çətinlikləri dəf edə bilərik.

Əsl dostlar qazanırıq. Dindaşlarımız bizim tanışlarımız yox, dostlarımızdır. Biz onlarla təkcə yığıncaqda görüşmürük. Vaxt ayırıb birgə istirahət də edirik. Beləcə, bir-birimizin qədrini daha çox bilir, bir-birimizi daha çox sevirik. Dostumuz çətinliyə düşəndə onun dadına çatırıq, necə deyərlər, dost dar gündə tanınar (Məsəllər 17:17). Bəli, biz bir-birimizin qeydinə qalmalıyıq. Bunun üçün isə yığıncağın bütün üzvləri ilə dost olmalıyıq (1 Korinflilərə 12:25, 26).

Biz sizi təşviq edirik ki, özünüzə dostları Allahı sevən insanlar arasından, Yehovanın Şahidləri arasından seçəsiniz. Sizi dostlarımızın sırasında görməyə şad olarıq.

  • Yığıncaqda bacı-qardaşlarla yaxından tanış olmaq nə üçün vacibdir?

  • Siz yığıncağımızın üzvləri ilə tanış olmaq istəyərdiniz?

Əlavə məlumat

Yehovanın Şahidlərinin görüşləri necə keçir?

Görüşlərimizin necə keçdiyini bilmək istəyirsinizsə, buyurun, öyrənə bilərsiniz.