Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxt ailəm

 BÖLMƏ 5

Qohumlarla necə yola getməli?

Qohumlarla necə yola getməli?

«Xeyirxahlığı, təvazökarlığı, mülayimliyi və səbri geyinin» (Koloslulara 3:12).

Nikahın bağlanması ilə yeni ailə yaranır. Düzdür, siz valideynlərinizi həmişə sevib hörmətlərini saxlamalısınız, ancaq hal-hazırda yer üzündə sizin üçün ən vacib insan həyat yoldaşınızdır. Ola bilsin, qohumlarınızdan kiməsə bununla barışmaq çətin gəlsin. Ancaq Müqəddəs Kitab prinsipləri bu məsələdə tarazlığı qorumağa kömək edə bilər, beləcə siz yeni ailə münasibətləri qurduğunuz bir vaxtda qohumlarla da dil tapa biləcəksiniz.

 1 QOHUMLARINIZA DÜZGÜN MÜNASİBƏT BƏSLƏYİN

MÜQƏDDƏS KİTAB DEYİR: «Atana və anana hörmət et» (Efeslilərə 6:2). Yaşınızdan asılı olmayaraq, valideynlərinizə həmişə hörmət və ehtiram bəsləməlisiniz. Başa düşməlisiniz ki, həyat yoldaşınız da kiminsə oğlu və ya qızıdır, valideynlərinə diqqət ayırmaq onun övladlıq borcudur. «Məhəbbət paxıl deyil», buna görə də həyat yoldaşınızı ata-anasına qısqanmaq düzgün olmazdı (1 Korinflilərə 13:4; Qalatiyalılara 5:26).

MƏSLƏHƏT

  • «Valideynlərin həmişə mənə yersiz irad tuturlar» və ya «Anana heç nəyi bəyəndirmək olmur» kimi şişirdilmiş sözlər işlətməyin

  • Vəziyyətə həyat yoldaşınızın gözü ilə baxmağa çalışın

 2 LAZIM GƏLDİKDƏ SƏRHƏD QOYUN

MÜQƏDDƏS KİTAB DEYİR: «Kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq və onlar bir bədən olacaq» (Yaradılış 2:24). Siz ailə qurduqdan sonra valideynləriniz hələ də sizə görə məsuliyyət daşıdıqlarını düşünərək ailə işlərinizə həddən artıq qarışa bilərlər.

Onların ailə işlərinizdə nə dərəcədə iştirak etmələrinə yol verəcəyinizi birgə qərarlaşdırmalı və sonra mülayim şəkildə onlara bildirməlisiniz. Fikirlərinizi kobudluq etmədən açıq-aydın şəkildə bildirin (Məsəllər 15:1). Təvazökarlıq, mülayimlik və səbir kimi xüsusiyyətlər qohumlarla yaxşı münasibətlər qurmağa və «məhəbbətlə bir-birinizə qarşı dözümlü» olmağa kömək edəcək (Efeslilərə 4:2).

MƏSLƏHƏT

  • Əgər qohumların ailə işlərinizə həddən artıq qarışdıqlarını düşünürsünüzsə, bunu həyat yoldaşınızla sakit tərzdə müzakirə edin

  • Hansı tədbirləri görəcəyiniz barədə razılığa gəlin

Əlavə məlumat

Qayınanam və qayınatamla necə yola gedə bilərəm?

Qayınanla qayınatan ailənizin işinə qarışır? Vəziyyəti düzəltmək və ailə daxilində gərginlikdən qaçınmaq üçün nə edə biləcəyinizi öyrənin.