Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxt ailəm

 BÖLMƏ 4

Pul məsələsini necə həll etməli?

Pul məsələsini necə həll etməli?

«Məsləhətli iş uğurlu olar» (Məsəllər 20:18).

Ailəni tam təmin edə bilmək üçün pul lazımdır (Məsəllər 30:8). Müqəddəs Kitaba əsasən, «pul... insanın sipəridir» (Vaiz 7:12). Ərlə arvada pul məsələsini müzakirə etmək çətin gələ bilər, ancaq yol vermək olmaz ki, bu, ailədə problemə çevrilsin (Efeslilərə 4:32). Onlar bir-birlərinə etibar etməli və pulu nəyə xərcləməklə bağlı bir-birinin fikrini nəzərə almalıdırlar.

 1 BÜDCƏ TƏRTİB EDİN

MÜQƏDDƏS KİTAB DEYİR: «Sizdən kimsə bir qüllə tikmək fikrinə düşsə, məgər tikintini qurtarmağa gücünün çatıb-çatmayacağını bilmək üçün əvvəlcə oturub məsrəfləri hesablamaz?» (Luka 14:28). Pulu necə xərcləməyi birgə planlaşdırmaq olduqca vacibdir (Amus 3:3). Nəyə ehtiyac duyduğunuzu və nə qədər pul xərcləyə biləcəyinizi qərarlaşdırın (Məsəllər 31:16). Cibinizdə pul olanda dərhal başına daş salmayın. Bacardığınız qədər borca girməyin. İmkanlarınıza görə yaşamağa çalışın (Məsəllər 21:5; 22:7).

MƏSLƏHƏT

  • Ayın axırında pulunuz qalanda onu necə istifadə edəcəyinizə birgə qərar verin

  • Əgər büdcədən kənara çıxmısınızsa, məsrəfləri necə azaldacağınızı düşünün. Ola bilsin, siz yarımfabrikat yeməklər almaq əvəzinə, özünüz bişirmək qərarına gələcəksiniz

 2 DÜRÜST VƏ REALİST OLUN

MÜQƏDDƏS KİTAB DEYİR: «Təkcə Yehovanın gözündə yox, insanların gözündə də hər cəhətdən dürüst olmağa [çalışın]» (2 Korinflilərə 8:21). Nə qədər qazandığınızı və xərclədiyinizi həyat yoldaşınızdan gizlətməyin.

Maddi durumunuzla bağlı vacib qərarlar qəbul edərkən mütləq həyat yoldaşınızla məsləhətləşin (Məsəllər 13:10). Pul məsələsində açıq söhbət etmək ailədə sülhü qorumağa kömək edəcək. Qazandığınız pula şəxsi pulunuz kimi yox, bütün ailənin pulu kimi yanaşın (1 Timutiyə 5:8).

MƏSLƏHƏT

  • Hərənin istədiyi kimi xərcləyə biləcəyi məbləği müəyyənləşdirin

  • Pul məsələsi barədə söhbət etmək üçün problemin yaranmasını gözləməyin

Əlavə məlumat

MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB

Pul problemi və borc — Müqəddəs Kitab kömək edə bilərmi?

Xoşbəxtliyi pulla almaq mümkün deyil, lakin Müqəddəs Kitabın dörd prinsipi sizə pul problemlərinin öhdəsindən gəlməyə kömək edə bilər.