Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxt ailəm

 BÖLMƏ 2

Bir-birinizə sadiq qalın

Bir-birinizə sadiq qalın

«Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mark 10:9).

Yehova Allah istəyir ki, biz «sədaqəti uca [tutaq]» (Mikə 6:8). Nikahda sədaqət xüsusilə vacibdir, çünki sədaqət olmayan yerdə etibar olmaz. Etibar olmayan yerdə isə məhəbbət solar.

Bu gün nikahda sadiqliyi qorumağı çətinləşdirən amillər var. Buna görə də nikahınızı qorumaq üçün iki məsləhətə riayət etməlisiniz.

 1 NİKAHINIZA CİDDİ YANAŞIN

MÜQƏDDƏS KİTAB DEYİR: «Daha vacib şeyləri ayırd etməyi [bacarın]» (Filippililərə 1:10). Nikah həyatınızda ən önəmli şeylərdən biri olmalıdır. Ona diqqət ayırmaq olduqca vacibdir.

Yehova ərlə arvadın əl-ələ verib ömür boyu birgə yaşamalarını və «həyatdan kam al»malarını istəyir (Vaiz 9:9). O aydın bildirir ki, ər-arvadlar bir-birlərinə etinasız yanaşmamalı, əksinə, fürsət tapıb bir-birlərini sevindirməlidirlər (1 Korinflilərə 10:24). Həyat yoldaşınızın özünün dəyərli olduğunu və sevildiyini hiss etməsi üçün əlinizdən gələni edin.

MƏSLƏHƏT

  • Birgə vaxt keçirin və bu zaman bütün diqqətinizi həyat yoldaşınıza cəmləyin

  • «Mən» sözünü tərgidib, «biz» deməyi öyrənin

 2 ÜRƏYİNİZİ QORUYUN

MÜQƏDDƏS KİTAB DEYİR: «Qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur» (Mətta 5:28). Əxlaqsız fikirlərə qapılmağın özü belə, demək olar ki, həyat yoldaşına xəyanətdir.

Yehova Allah deyir: «Ürəyini qoru» (Məsəllər 4:23; Ərəmya 17:9). Bunun üçün gözlərinizin nəyə baxdığına nəzarət edin (Mətta 5:29, 30). Bu sahədə Əyyub peyğəmbər gözəl nümunə qoyub. O, gözləri ilə əhd bağlamışdı ki, başqa bir qadına şəhvətlə baxmasın (Əyyub 31:1). Heç vaxt pornoqrafiyaya baxmamağa əzmli olun. Həyat yoldaşınızdan başqa heç kimlə romantik münasibət qurmayın.

MƏSLƏHƏT

  • Başqalarına aydın şəkildə göstərin ki, həyat yoldaşınıza tam sadiqsiniz

  • Həyat yoldaşınızın hisslərini nəzərə alın və ona pis təsir edən istənilən münasibətlərə dərhal son qoyun

 

Əlavə məlumat

Bir-birinizə hörmət edin

Ərlə arvad hörmətcil şəkildə necə ünsiyyət edə bilərlər?