Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxt ailəm

 BÖLMƏ 9

Bütün ailənizlə Yehovaya ibadət edin

Bütün ailənizlə Yehovaya ibadət edin

«Göyü, yeri... yaradana təzim edin» (Vəhy 14:7).

Bu broşüradan öyrəndiyiniz kimi, Müqəddəs Kitabda sizə və ailənizə faydası dəyəcək çoxlu prinsiplər var. Yehova sizin xoşbəxt olmağınızı istəyir. Onun Kəlamında vəd olunur ki, Ona ibadəti həyatınızda birinci yerə qoysanız, ehtiyac duyduğunuz hər şey sizə veriləcək (Mətta 6:33). Allah çox istəyir ki, siz Onun dostu olasınız. Hər fürsətdən istifadə edərək Allahla dostluğunuzu möhkəmləndirin. Allahla dost olmaq insan üçün böyük şərəfdir (Mətta 22:37, 38).

 1 YEHOVA İLƏ MÜNASİBƏTLƏRİNİZİ MÖHKƏMLƏNDİRİN

MÜQƏDDƏS KİTAB DEYİR: «Yehova belə deyir: “Mən sizə Ata olacağam, siz isə Mənim oğullarım və qızlarım olacaqsınız”» (2 Korinflilərə 6:18). Allah sizin Onunla yaxın dost olmağınızı istəyir. Bunu etməyin vacib üsullarından biri duadır. Yehova sizi səsləyir: «Həmişə dua edin» (1 Saloniklilərə 5:17). O, sizin narahatçılıqlarınıza və məhrəm fikirlərinizə qulaq asmağa həmişə hazırdır (Filippililərə 4:6). Ailə üzvlərinizlə birgə dua edəndə onlar Allahın sizin üçün nə dərəcədə real olduğunu görəcəklər.

Allahla söhbət etməklə yanaşı, Ona qulaq asmaq da lazımdır. Allaha Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri araşdırmaqla qulaq asmaq mümkündür (Zəbur 1:1, 2). Öyrəndikləriniz üzərində dərindən düşünün (Zəbur 77:11, 12). Allaha qulaq asmaq üçün həmçinin müntəzəm olaraq məsihçi görüşlərində iştirak etmək olduqca vacibdir (Zəbur 122:1—4).

Yehova Allahla münasibətləri möhkəmləndirməyin digər yolu isə Onun haqqında başqalarına danışmaqdır. Allah haqqında insanlara nə qədər çox danışsanız, bir o qədər Ona yaxın olacaqsınız (Mətta 28:19, 20).

MƏSLƏHƏT

  • Hər gün Müqəddəs Kitabı oxumaq və dua etmək üçün vaxt ayırın

  • Ailəlikcə istirahət və əyləncəyə yox, ruhani işlərə üstünlük verin

2 AİLƏVİ İBADƏT KEÇİRİN

MÜQƏDDƏS KİTAB DEYİR: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8). Ailəvi ibadət keçirmək üçün cədvəl tutun və ona əsasən davranın (Yaradılış 18:19). Ancaq bu hələ son deyil. Allahı gündəlik həyatımızda da unutmamalıyıq. Əgər «evdə oturanda, yol gedəndə, yatanda, duranda onlardan [Allahın sözlərindən] danış» çağırışına əməl etsəniz, ailənizin Allahla olan münasibətləri möhkəmlənəcək (Qanunun təkrarı 6:6, 7). Yuşədən nümunə götürərək siz də deyə bilərsiniz: «Mən... ailəmlə birlikdə Yehovaya ibadət edəcəyəm» (Yuşə 24:15).

MƏSLƏHƏT

  • Qabaqcadan təlim proqramı tərtib edin və ailənin hər bir üzvünün tələbatlarını nəzərə alın

Əlavə məlumat

Ailəvi ibadət nədir?

Discover how this arrangement can help you to draw close to God and strengthen your family bond.