Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxt ailəm

 BÖLMƏ 1

Ailənizin xoşbəxtliyi üçün Allahın Kəlamına müraciət edin

Ailənizin xoşbəxtliyi üçün Allahın Kəlamına müraciət edin

«Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb» (Mətta 19:4).

İlk nikahın Banisi Yehova * Allahdır. Müqəddəs Kitabda deyilir ki, Allah ilk qadını yaratdı və «onu insanın yanına gətirdi». Adəm o qədər xoşbəxt idi ki, sevincini belə sözlərlə ifadə etdi: «Nəhayət, sümüyü sümüyümdən, bədəni bədənimdən olan biri» (Yaradılış 2:22, 23). Yehova Allahın niyyəti hələ də dəyişməyib; O istəyir ki, evli cütlüklər xoşbəxt olsunlar.

İnsan nikaha qədəm qoyanda elə bilir ki, hər şey mükəmməl olacaq. Əslində isə, ərlə arvad bir-birini nə qədər möhkəm sevsələr də, problemlər qaçılmazdır (1 Korinflilərə 7:28). Bu broşürada Müqəddəs Kitab prinsipləri gətirilir, onları tətbiq etməklə nikahda və ailədə xoşbəxtliyə nail olmaq olar (Zəbur 19:8—11).

 1 YEHOVANIN SİZƏ HƏVALƏ ETDİYİ MƏSULİYYƏTLƏRƏ CİDDİ YANAŞIN

MÜQƏDDƏS KİTAB DEYİR: Ər ailənin başıdır (Efeslilərə 5:23).

Yehova ərlərə nəvazişlə həyat yoldaşlarının qayğısına qalmağı buyurub (1 Butrus 3:7). O, qadını ərini tamamlamaq üçün yaradıb və istəyir ki, ərlər arvadları ilə ləyaqətlə və məhəbbətlə rəftar etsinlər (Yaradılış 2:18). Sözün əsil mənasında öz arvadını sevən ər onun maraqlarını özünkündən üstün tutacaq (Efeslilərə 5:25—29).

Qadınlardan isə Yehova ərlərinə dərin hörmət bəsləmələrini və ailədəki vəzifələrini yerinə yetirməkdə onlara kömək etmələrini gözləyir (1 Korinflilərə 11:3; Efeslilərə 5:33). Qadınlar həmçinin ərlərinin qərarlarını dəstəkləməli və ürəkdən onlarla əməkdaşlıq etməlidirlər (Koloslulara 3:18). Belə etməklə qadın həm ərinin, həm də Yehovanın gözündə ucalacaq (1 Butrus 3:1—6).

MƏSLƏHƏT

  • Həyat yoldaşınızdan yaxşı ər və ya arvad olmaq üçün nəyin üzərində işləməli olduğunuzu soruşun. Diqqətlə qulaq asın və öz üzərinizdə işləyin

  • Səbirli olun. Bir-birinizi xoşbəxt etməyi öyrənmək üçün vaxt tələb olunur

2 HƏYAT YOLDAŞINIZIN HİSSLƏRİNİ NƏZƏRƏ ALIN

MÜQƏDDƏS KİTAB DEYİR: Ər-arvadlar özlərinin yox, bir-birlərinin xeyrini güdməlidir (Filippililərə 2:3, 4). Qoy həyat yoldaşınız sizin üçün nə qədər dəyərli olduğunu hiss etsin. Unutmayın ki, Yehova Allah Öz xidmətçilərindən hamı ilə mülayim davranmalarını istəyir (2 Timutiyə 2:24). «Düşünmədən deyilən söz qılınc zərbəsinə bənzər, hikmətli insanın dili isə məlhəmdir». Buna görə də danışmazdan əvvəl fikirləşin (Məsəllər 12:18). Yehovanın ruhu sizə nəvazişlə və məhəbbətlə danışmağa kömək edəcək (Qalatiyalılara 5:22, 23; Koloslulara 4:6).

MƏSLƏHƏT

  • Həyat yoldaşınızla ciddi məsələləri müzakirə etməmişdən qabaq hisslərinizi cilovlamaq və qarşı tərəfin fikirlərini nəzərə almaq üçün dua edin

  • Nəyi necə deyəcəyinizi qabaqcadan götür-qoy edin

 3 HƏMFİKİR OLUN

MÜQƏDDƏS KİTAB DEYİR: Nikaha daxil olanda siz «bir bədən» olursunuz (Mətta 19:5). Bununla belə siz iki fərqli insansınız və fərqli düşüncələrə maliksiniz. Buna görə də həmfikir olmağı öyrənməlisiniz (Filippililərə 2:2). Birlik qərar qəbul edərkən xüsusilə vacibdir. Müqəddəs Kitabda deyilir: «Məsləhətli iş uğurlu olar» (Məsəllər 20:18). Birgə vacib qərarlar verərkən Müqəddəs Kitab prinsiplərini əldə rəhbər tutun (Məsəllər 8:32, 33).

MƏSLƏHƏT

  • Həyat yoldaşınızla təkcə hər hansı məlumatları və ya şəxsi fikirlərinizi yox, hisslərinizi də bölüşün

  • Üzərinizə hansısa öhdəçilikləri götürməzdən əvvəl həyat yoldaşınızla məsləhətləşin

^ abz. 4 Müqəddəs Kitaba əsasən, Yehova Allahın adıdır.

Əlavə məlumat

Evliliyin birinci ilindən necə «sağ çıxmaq» olar?

Yenicə ailə həyatı qurmusunuz? Münasibətlərinizi möhkəmləndirməkdə Allahın Kəlamı sizə kömək edə bilər.

Ərlər, yoldaşınızla incə davranın

Ailə maddi cəhətdən yaxşı olsa da, daha vacib məsələlərdə çatışmamazlıq ola bilər.

Müqəddəs Kitab mənə ailə səadətinə nail olmağa kömək edə bilərmi?

Müqəddəs Kitabın hikmətli məsləhətləri artıq milyonlarla insanlara ailə səadətinə nail olmağa kömək edib.