Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxt ailəm

 BÖLMƏ 7

Uşağa necə təlim-tərbiyə verməli?

Uşağa necə təlim-tərbiyə verməli?

«Bu gün sənə əmr etdiyim sözlər ürəyinə həkk olub qalsın, onları övladına aşıla» (Qanunun təkrarı 6:6, 7).

Ailənin Banisi olan Yehova valideynlərə övladlarını tərbiyə etməyi həvalə edib (Koloslulara 3:20). Onların üzərinə uşaqlarına Yehovaya məhəbbət aşılamaq və məsuliyyətli bir insan kimi böyütmək vəzifəsi düşür (2 Timutiyə 1:5; 3:15). Siz həmçinin oğlunuzun və ya qızınızın ürəyindən nələr keçdiyindən agah olmalı və onlara nümunə qoymalısınız. Əgər Yehovanın kəlamları sizin ürəyinizdə dərin kök salarsa, onda onları övladınıza aşılamaq asan olacaq (Zəbur 40:8).

 1 ÜNSİYYƏTƏ AÇIQ OLUN

MÜQƏDDƏS KİTAB DEYİR: «Hər bir insan eşitməyə hazır olmalı, danışmağa... tələsməməlidir» (Yaqub 1:19). Əlbəttə, övladınızın sizinlə sərbəst olmasını istəyirsiniz. Uşaqlar isə sizin onları hər zaman dinləyəcəyinizə əmin olmalıdırlar. Evdə sülh və əmin-amanlıq hökm sürməlidir ki, uşaqlar öz fikirlərini və hisslərini sərbəst şəkildə ifadə edə bilsinlər (Yaqub 3:18). Əgər sizin onları tənqid edəcəyinizdən və öyüd-nəsihət verəcəyinizdən çəkinsələr, çətin ki, ürəklərini sizə açsınlar. Səbirli olun və uşaqlarınızı sevdiyinizi tez-tez dilə gətirin (Mətta 3:17; 1 Korinflilərə 8:1).

MƏSLƏHƏT

  • Uşaq söhbət etmək istəyəndə ona qulaq asın

  • Uşaqlarla təkcə problem yarananda yox, həmişə söhbət edin

2 NƏ DEMƏK İSTƏDİKLƏRİNİ BAŞA DÜŞMƏYƏ ÇALIŞIN

MÜQƏDDƏS KİTAB DEYİR: «Məsələyə anlayışla yanaşan uğur tapar» (Məsəllər 16:20). Hərdən uşağın sözlərinin arxasında hansı hisslərin gizləndiyini dərhal başa düşmək olmur. Vəziyyəti şişirtmək və ya əslində nəzərdə tutmadıqları şeyləri demək yeniyetmələrə xasdır. «Dinləmədən cavab vermək səfehlik və rəzillikdir» (Məsəllər 18:13). Dərhal özünüzdən çıxmayın (Məsəllər 19:11).

MƏSLƏHƏT

  • Uşaq nə deyirsə desin, onun sözünü kəsməməyə və kəskin reaksiya göstərməməyə qətiyyətli olun

  • Onların yaşında özünüzün necə fikirləşdiyinizi və sizin üçün nəyin daha vacib olduğunu yadınıza salın

 3 SÖZÜNÜZ BİR OLSUN

MÜQƏDDƏS KİTAB DEYİR: «Oğlum, atanın tərbiyəsinə qulaq as, ananın öyüd-nəsihətini rədd etmə» (Məsəllər 1:8). Övladlarını tərbiyə etməyi Yehova həm ataya, həm də anaya tapşırıb. Valideynlər, uşaqlarınıza sizə hörmət etməyi və qulaq asmağı öyrədin (Efeslilərə 6:1—3). Siz «yekdil və həmfikir» olmayanda uşaqlar dərhal bunu hiss edir (1 Korinflilərə 1:10). Aranızda yaranan fikir ayrılıqlarını uşaqların yanında yox, təklikdə həll etməyə çalışın, əks təqdirdə, valideynlik nüfuzunuz sarsılacaq.

MƏSLƏHƏT

  • Uşaqlara necə tərbiyə və cəza verəcəyinizlə bağlı bir razılığa gəlin

  • Əgər uşaqların tərbiyəsi ilə bağlı həyat yoldaşınızla fikirləriniz üst-üstə düşmürsə, bir-birinizin nöqteyi-nəzərini başa düşməyə çalışın

 4 PLANLI ŞƏKİLDƏ HƏRƏKƏT EDİN

MÜQƏDDƏS KİTAB DEYİR: «Uşağa düzgün yolu öyrət» (Məsəllər 22:6). Ancaq uşaq öz-özünə tərbiyəli və savadlı olmur. Necə hərəkət edəcəyinizi qabaqcadan ölçüb-biçin və unutmayın ki, uşağın tərbiyəsinə onu islah etmək də daxildir (Zəbur 127:4; Məsəllər 29:17). Lakin islah etmək heç də cəzalandırmaq demək deyil. Uşağa ondan nəyə görə hər hansı qaydaya əməl etmək tələb olunduğunu başa almaq lazımdır (Məsəllər 28:7). Həmçinin ona Yehovanın Kəlamını sevməyi öyrədin və oradakı prinsipləri anlamağa kömək edin (Zəbur 1:2). Bunun sayəsində onun vicdanı düzgün tərbiyə olunacaq (İbranilərə 5:14).

MƏSLƏHƏT

  • Uşaqlarınıza Allahın etibar edə biləcəkləri real varlıq olduğunu başa düşməyə kömək edin

  • Onlara İnternet və sosial şəbəkələrin əxlaqi cəhətdən necə təhlükəli ola biləcəyini görməyə və onlardan uzaq durmağa kömək edin. Onlara özlərini azyaşlıları cinsi əxlaqsızlığa sürükləyənlərdən necə qoruya biləcəklərini izah edin

«Uşağa düzgün yolu öyrət»

Əlavə məlumat

AİLƏLƏRƏ KÖMƏK

Uşaqlar üçün

Şən məşğələlərin köməyi ilə uşaqlarınıza yüksək mənəvi dəyərləri aşılayın.

GÖZƏTÇİ QÜLLƏSİ

Düzgün tərbiyə necə olmalıdır?

Müqəddəs Kitabda effektiv tərbiyənin üç məqamı açıqlanır.

MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB

Valideynlər övladlarına necə cinsi tərbiyə verə bilərlər?

Müqəddəs Kitabdakı çoxsaylı məsləhətlər sizə uşağınıza cinsi tərbiyə verməyə və onları pozğun insanlardan qorumağa kömək edəcək.