Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab təlimləri

Allah bəndələrinə necə həyat arzulayır?

Allah bəndələrinə necə həyat arzulayır?

QƏZET oxuyanda, televizora baxanda, radio dinləyəndə dünyanın necə acınacaqlı vəziyyətdə olduğunu, cinayətkarlığın, müharibələrin və terrorizmin baş alıb getdiyini görürük. Bundan əlavə, ola bilsin, həyatımız ağrı-acıyla doludur: xəstəlik bizi əldən salıb, ya da doğmalarımızdan kimisə itirmişik.

İnsanda istər-istəməz sual yaranır:

  • Niyə Allah mənim başıma bunları gətirdi?

  • Kömək üçün kimə sığınım?

  • Bu dünyanın axırı necə olacaq?

Siz Müqəddəs Kitabdan bu suallara tutarlı cavab tapa bilərsiniz.

 ALLAH-TAALA TEZLİKLƏ GÖRÜNMƏMİŞ MÖCÜZƏLƏR YARADACAQ

 MÜQƏDDƏS KİTABIN FAYDASINI ÖZÜNÜZ GÖRÜN

Birinci səhifədə söz açılan nemətlər barədə nə dü­şünürsünüz? Yəqin fikirləşirsiniz ki, bunları ancaq yuxuda görmək olar. Am­ma Allah söz verir ki, tezliklə bu möcüzələri həyata keçirib yer üzünü cənnətə çevirəcək. Müqəddəs Kitabda Allahın bunu necə edəcəyi təsvir olunur.

Müqəddəs Kitab yalnız həyatın gələcəkdə ­yaxşı olacağını vəd etmir. O, bi­zə həmçinin bu gün, sözün əsil mənasında, xoşbəxt olmağa və həyatdan zövq almağa kömək edir. Hər bir insanın həyatında onu təlaşa salan, dərd verən hallar baş verir. Məsələn, pulsuzluq, ailəni dolandırmaq, xəstəlik və əziz adamın itkisi. Müqəddəs Kitab bu çətinlikləri aşmağa, ağrı-acıya dözməyə kömək edir. Həmçinin aşağıda gətirilən suallara cavab verməklə bizə qəlb rahatlığı bəxş edir.

Bu kitabı oxumağınız Müqəddəs Kitab təlimləri ilə tanış olmaq istədiyinizi göstərir. Siz düz seçim etmisiniz, bu nəşr sizə bu sahədə çox kömək edəcək. Müqəddəs Kitabı daha dərindən başa düşməyiniz üçün nəşrdə hər abzasa sual verilir. Milyonlarla insan Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı sevə-sevə araşdırır. Ümid edirik ki, siz də Müqəddəs Kitabı onlardan biri ilə araşdırmaq istəyəcəksiniz. Qoy Allah sizə Müqəddəs Kitabdan bilik almağa, orada yatan hikmətə sahib olmağa kömək etsin!

Əlavə məlumat

MÜQƏDDƏS KİTAB DƏRSLƏRİ

Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?

Müqəddəs Kitab milyonlarla insana həyatın ən vacib suallarına cavab tapmaqda kömək edib. Bəs siz suallarınıza cavab tapmaq istəyirsiniz?

MÜQƏDDƏS KİTAB DƏRSLƏRİ

Müqəddəs Kitab dərsləri necə keçirilir?

Dünyanın hər yerində Yehovanın Şahidləri pulsuz Müqəddəs Kitab dərsləri keçirlər. Bu dərslərin necə keçirildiyinə baxın.

YEHOVA ALLAHIN MÜASİR XALQI

Yehovanın Şahidləri ilə tanışlıq

Yehovanın Şahidlərindən kimlərisə tanıyırsınız? Bizi nə dərəcədə yaxşı tanıyırsınız?