Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 1

Yaradan insana Cənnət bəxş edir

Yaradan insana Cənnət bəxş edir

Allah fiziki kainatı və yer üzündə həyatı yaradır; O, kamil kişi və qadın yaradır onları gözəl bağda yerləşdirir və onlara əmrlər verir

«BAŞLANĞICDA Allah göyü və yeri yaratdı». Bu sözlər indiyə kimi yazılan giriş sözlərindən ən məşhurudur (Yaradılış 1:1). Bu sadə, eyni zamanda, möhtəşəm cümlə ilə Müqəddəs Kitab bizi Müqəddəs Yazılarda diqqət mərkəzində olan Varlıqla — hər şeyə qadir Allah Yehova ilə tanış edir. Müqəddəs Kitabın ilk ayəsi bildirir ki, Allah bütün sonsuz kainatın, eləcə də yaşadığımız planetin Yaradanıdır. Növbəti ayələrdə izah olunur ki, Allah hər biri simvolik mənada gün adlandırılan uzun dövrlər ərzində ecazkar canlı və cansız aləmi xəlq edərək yer üzünü yaşamağımız üçün hazırladı.

Allahın yer üzündə yaratdığı ən ali varlıq insan idi. İnsan Allahın surətində — Yehovaya məxsus olan məhəbbət və müdriklik kimi keyfiyyətləri əks etdirmək qabiliyyəti ilə yaradılmışdı. Allah insanı yerin torpağından yaratdı ona Adəm adını verdi sonra onu cənnətdə — Ədən bağında yerləşdirdi. Bu bağı Allah Özü salmış onu gözəl bar gətirən ağaclarla doldurmuşdu.

Allah gördü ki, insanın yoldaşa ehtiyacı var. O, Adəmin qabırğasının birindən qadını yaratdı və sonralar Həvva adlandırılan bu qadını onun yanına gətirdi ki, arvadı olsun. Bundan şad olan Adəm şeir qoşdu: «Nəhayət, sümüyü sümüyümdən, bədəni bədənimdən olan biri». Allah bildirdi: «Buna görə də kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq və onlar bir bədən olacaq» (Yaradılış 2:22—24; 3:20).

Allah Adəmlə Həvvaya iki əmr verdi. Birincisi, onlara yer üzünü becərib qorumağı və oranı nəsilləri ilə doldurmağı tapşırdı. İkincisi, onlara əmr etdi ki, həmin böyük bağdakı ağaclardan yalnız birinin «xeyirlə şəri bilmə ağacının meyvəsindən» yeməsinlər (Yaradılış 2:17). İtaətsiz olduqları təqdirdə onları ölüm gözləyirdi. Bu əmrlərlə Allah kişiyə və qadına Onu özlərinin Rəhbəri kimi qəbul etdiklərini göstərmək imkanı verdi. Onların itaətkarlığı, həmçinin Allahı sevdiklərini və Ona minnətdar olduqlarını göstərəcəkdi. Allahın xeyirxah rəhbərliyini qəbul etməyə onların hər bir əsası var idi. Bu kamil insanlarda heç bir qüsur yox idi. Müqəddəs Kitabda deyilir: «Allah yaratdıqlarının hamısına baxdı və gördü ki, hər şey çox yaxşıdır» (Yaradılış 1:31).

Yaradılış 1, 2-ci fəsillərinə əsaslanıb.

Əlavə məlumat

Allahın bəşəriyyət üçün niyyəti

Müqəddəs Kitabda Allahın yeri nə üçün yaratdığı, əzabların nə vaxt bitəcəyi, gələcəkdə yer üzündə olacaq dəyişikliklər və orada yaşayacaq insanlar haqda bəhs olunur.