Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 23

Xoş xəbər yayılır

Xoş xəbər yayılır

Bulus quru və dəniz yolu ilə təbliğ səyahətinə çıxır

MƏSİHİ olduqdan sonra Bulus Allahın Padşahlığı haqda xoş xəbəri səylə bəyan edirdi. Lakin bir vaxtlar məsihiləri təqib edən şəxs indi özü şiddətli təqiblərlə üzləşirdi. Yorulmaq bilməyən bu həvari bir neçə dəfə səyahətə çıxıb Allahın bəşəriyyətə dair ilk niyyətini həyata keçirəcək Padşahlıq haqqında xoş xəbəri yaymaq üçün uzun məsafələri qət etmişdi.

İlk təbliğ səyahəti zamanı Bulus Listrada anadangəlmə şikəst olan bir adamı sağaltdı. İzdiham Bulusun və onun yol yoldaşı Barnəbanın allah olduğunu ucadan bəyan etməyə başladı. Bulusla Barnəba güc-bəla ilə camaatı onlara qurban gətirməkdən saxladılar. Ancaq düşmənlərin təsiri altına düşərək bir qədər sonra həmin izdiham Bulusu öldüyünü zənn edənədək daşladı. Amma Bulus sağ qaldı və bir qədər vaxt sonra şagirdləri ruhlandırıcı sözlərlə möhkəmləndirmək üçün həmin şəhərə qayıtdı.

Yəhudilərdən olan bəzi məsihilər qeyri-yəhudi həmimanlılarının Musanın Qanununun bəzi tələblərinə riayət etməli olduqlarını iddia edirdilər. Bulus məsələni həvarilərə və ağsaqqallara danışmaq üçün Yerusəlimə getdi. Müqəddəs Yazıları diqqətlə araşdırdıqdan sonra və Allahın müqəddəs ruhunun rəhbərliyi ilə həmin kişilər yığıncaqlara məktub yazıb onları bütpərəstlikdən, qandan, qanı axıdılmamış ət yeməkdən və əxlaqsızlıqdan qaçınmağı nəsihət etdilər. Bu əmrlər «zəruri» şeylər idi, lakin onlara əməl etmək Musanın Qanununa riayət etməyi tələb etmirdi (Həvarilərin işləri 15:28, 29).

İkinci təbliğ səyahəti zamanı Bulus müasir Yunanıstanın ərazisində yerləşən Veriyaya baş çəkmişdi. Burada yaşayan yəhudilər onun təlimlərinin doğruluğunu yoxlamaq üçün hər gün Müqəddəs Yazıları araşdıraraq kəlamı şövqlə qəbul edirdilər. Baş qaldıran təqiblər ucbatından Bulus yenə də şəhəri tərk etməli oldu. Bu dəfə o, Afinaya üz tutdu. Afinanın bir qrup savadlı insanları qarşısında Bulus nəzakət, dərrakə və bəlağət nümunəsi olan təsirli nitqlə çıxış etdi.

Üçüncü təbliğ səyahətindən sonra Bulus Yerusəlimə getdi. O, buradakı məbədə girəndə bəzi yəhudilər onu öldürmək istəyərək qarışıqlıq saldılar. Romalı əsgərlər vəziyyətə müdaxilə etdilər və Bulusu sorğu-suala çəkdilər. Bir qədər sonra Bulus Roma vətəndaşı olmasından istifadə edərək, özünü Roma valisi Feliksin qarşısında müdafiə etdi. Yəhudilər ona qarşı qaldırdıqları ittihamları heç nə ilə əsaslandıra bilmirdilər. Digər Roma valisi Festin onu yəhudilərin əlinə verməməsi üçün Bulus dedi: «Mən Sezarın məhkəməsini tələb edirəm!» Fest cavab verdi: «Sezarın məhkəməsini tələb edirsən, Sezarın yanına da gedəcəksən» (Həvarilərin işləri 25:11, 12).

Bulusu məhkəmə qarşısında durması üçün gəmi ilə İtaliyaya yolladılar. Gəmi qəzaya uğradığından o, bütün qışı Malta adasında keçirməli oldu. Sonda Romaya gəlib çıxdı və kirələdiyi evdə iki il qaldı. Mühafizəçilərin nəzarəti altında olmasına baxmayaraq, həmişə səyli olan bu həvari ona baş çəkən hər kəsə Allahın Padşahlığı haqda təbliğ etməyə davam edirdi.

Həvarilərin işləri 11:2228:31 ayələrinə əsaslanıb.

Əlavə məlumat

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsihiliyin yayılması

Həvari Bulusun təbliğ səyahətlərinin və Vəhy kitabında qeyd edilən şəhərlərin təsvir olunduğu xəritə.