Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 13

Yaxşı və pis padşahlar

Yaxşı və pis padşahlar

İsrail bölünür. Uzun illər ərzində israillilər üzərində bir çox padşahlar hökmranlıq edir və onların əksəriyyəti imansızlıq təzahür etdirir. Yerusəlim babillilər tərəfindən darmadağın edilir

YEHOVANIN qabaqcadan dediyi kimi, Süleymanın həqiqi ibadətdən üz döndərməsindən sonra İsrail iki yerə bölündü. Onun oğlu və xələfi Rəhabam sərt adam idi. Buna cavab olaraq, İsrailin on qəbiləsi üsyan qaldırıb şimali İsrail padşahlığı yaratdı. İki qəbilə isə Davudun Yerusəlimdəki taxtına sadiq qalaraq cənubi Yəhuda padşahlığını təsis etdi.

Hər iki padşahlığın tarixi əsas etibarı ilə padşahlarının imansızlıqları və itaətsizlikləri ucbatından təlatümlü olmuşdu. İsrailin vəziyyəti Yəhudanınkından da pis idi, çünki onun padşahları lap əvvəldən yalan ibadətə üz tutmuşdular. Bir çox peyğəmbərlərin, hətta ölüləri dirildən İlyas və Əlyəsənin qüdrətli işlərinə baxmayaraq, İsrail yanlış yoldan dönmədi ki dönmədi. Nəhayətdə, Allah şimal padşahlığının Aşşur tərəfindən darmadağın edilməsinə yol verdi.

Yəhuda mövcudluğuna İsraildən təxminən bir əsr çox davam etdi, ancaq o da Allahın cəzasından qaça bilmədi. Yalnız bir neçə Yəhuda padşahı Allahın peyğəmbərlərinin xəbərdarlığına ciddi yanaşdı və xalqı Yehovaya döndərməyə çalışdı. Məsələn,, Yuşiyyə padşah Yəhudanı yalan ibadətdən təmizləməyə başladı və Yehovanın məbədini bərpa etdi. Allahın Musa vasitəsilə verdiyi Qanunun orijinal əlyazması tapılanda bu, Yuşiyyəyə güclü təsir etdi. Bu səbəbdən o, islahat işlərini daha da sürətləndirdi.

Əfsuslar olsun ki, Yuşiyyənin xələfləri onun gözəl nümunəsini izləmədilər. Buna görə də Yehova babillilərə Yəhudanı istila etməyə, Yerusəlimi və oradakı məbədi yerlə-yeksan etməyə izin verdi. Sağ qalanlar isə Babilə əsir aparıldı. Allah əsirliyin 70 il sürəcəyini əvvəlcədən bildirmişdi. Yəhuda, vəd edildiyi kimi, xalqın öz yurduna qayıtmasına qədər bütün bu vaxt ərzində viranə qaldı.

Ancaq vəd edilmiş Xilaskar — Məsih hakimiyyətə gələnə kimi Davudun sülaləsindən daha heç kim padşah kimi idarə etməyəcəkdi. Yerusəlimdə Davudun taxtında oturan padşahlardan əksəriyyəti qeyri-kamil insanların idarə etməyə qabil olmadığını sübut etdi. Buna yalnız Məsih qadirdir. Buna görə də Yehova Davudun taxtında oturan axırıncı padşaha belə demişdi: «Tacı başından götür... Qanuni sahibi gələnədək o, heç kimin olmayacaq. Onu qanuni sahibinə verəcəyəm» (Hizqiyal 21:26, 27).

1 2 Padşahlar; 2 Salnamələr 1036-dək fəsillərinə və Ərəmya 25:811 ayələrinə əsaslanıb.

Əlavə məlumat

İMAN ÖRNƏKLƏRİ

Yunus səhvlərindən dərs aldı

Yunusun qorxub tapşırıqdan boyun qaçırdığını nəyə görə başa düşmək olar? Yunusun əhvalatından Yehovanın səbirli və mərhəmətli olması barədə çox şey öyrənirik.

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Sxem: Yəhuda və İsrail padşahları və peyğəmbərlər (II hissə)

Zaman xətti. Peyğəmbərlərin dövrü: b. e. ə. 997 — b. e. ə. 800-cü illər.