Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 21

İsa sağdır!

İsa sağdır!

İsa şagirdlərinə görünüb onları öyrədir və ruhlandırır

İSANIN ölümünün üçüncü günü onun şagirdi olan bir neçə qadın sərdabənin girişinə qoyulan daşı kənara yuvarlanmış gördülər. Keşikçilər donub qalmışdılar, sərdabə isə boş idi!

Qadınlara iki mələk göründü. Mələklərdən biri: «Siz dirəkdə edam edilmiş nəsrani İsanı axtarırsınız. O, burada yoxdur, dirilib», — deyə dilləndi (Mark 16:6). Qadınlar həvarilərə xəbər vermək üçün vaxt itirmədən qaçdılar. Yolda İsa ilə qarşılaşdılar. İsa onlara: «Qorxmayın, — gedin, qardaşlarıma deyin ki, Cəliləyə getsinlər. Orada məni görəcəklər» (Mətta 28:10).

Həmin gün iki şagird Yerusəlimdən İmmas kəndinə gedirdi. Yad bir adam onlara qoşuldu və onlardan nə haqda danışdıqlarını soruşdu. Əslində bu adam dirildilmiş İsa idi. O, elə görkəm almışdı ki, şagirdləri əvvəlcə onu tanımadılar. Onlar kədərli halda İsa haqqında danışdıqlarını dedilər. Həmin yad adam Müqəddəs Yazılarda Məsih haqqında olan bütün peyğəmbərlikləri izah etməyə başladı. Doğrudan da, Məsih haqqında olan peyğəmbərliklər ən xırda təfərrüatına kimi İsanın üzərində yerinə yetmişdi *. Şagirdləri bu adamın ruhani şəxsiyyət kimi dirildilmiş İsa olduğunu başa düşəndə o yox oldu.

Həmin iki şagird dərhal Yerusəlimə qayıtdı. Onlar gəlib gördülər ki, həvarilər bir yerə toplaşıb qapını da bağlayıblar. İki nəfər başlarına gələnləri danışarkən İsa peyda oldu. Heyrətə düşmüş şagirdlər bunun həqiqət olduğuna inana bilmirdilər! İsa soruşdu: «Niyə qorxursunuz? Nə üçün ürəyinizdə şübhələr var?.. Müqəddəs Yazılar deyir ki Məsih əzab çəkəcək, ölüb üçüncü gündə diriləcək» (Luka 24:38, 46).

Dirildikdən sonra 40 gün ərzində İsa müxtəlif hallarda şagirdlərinə göründü. Bir dəfə 500-dən artıq şagirdə görünmüşdü! Ehtimal ki, elə bu zaman o, şagirdlərinə növbəti məsuliyyətli tapşırığı vermişdi: «Buna görə də gedin və bütün xalqların içində şagird hazırlayın... Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mətta 28:19, 20).

11 sadiq həvarisi ilə sonuncu görüşü zamanı İsa onlara vəd etdi: «Amma müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız,.. yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həvarilərin işləri 1:8). Sonra İsa göyə qalxaraq buludların arasında gözdən itdi.

Mətta 28; Mark 16; Luka 24; Yəhya 20, 21-ci fəsillərinə və 1 Korinflilərə 15:5, 6 ayələrinə əsaslanıb.

^ abz. 6 İsanın üzərində Məsihlə bağlı yerinə yetən peyğəmbərliklərin bəzilərini bu broşürün 14, 1516-cu fəsillərindən, eləcə də əsas dərs vəsaitinin 199—201 səhifələrindən tapa bilərsiniz.

Əlavə məlumat

İsa peyğəmbərin həyatı. İsa peyğəmbərin Yerusəlimdəki son xidməti (II hissə)

B. e. 33-cü ilinin nisan ayının 14-dən iyar ayının 25-nə kimi vaxtı əhatə edən sxem və xəritə.